Taleh Bağırovun apellyasiya şikayəti təmin edilmədi

Taleh Bağırovun apellyasiya şikayəti təmin edilmədi

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən "Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Sozcu.info xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar olunub.

Qərara əsasən, T.Bağırovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilib. Məhkəmə onun cəzasını artıraraq, T.Bağırov 18 il həbs verib.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd "microSD” tipli yaddaş kartları aşkar edilib. T.Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, T.Bağırov və digərləri 2015-ci il noyabrın 26-da Nardaran hadisələrində həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib./report/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}