Ağ Ev:“Maksimum təzyiq kampaniyasını davam etdirəcəyik”

Ağ Ev:“Maksimum təzyiq kampaniyasını davam etdirəcəyik”

 

Ağ Ev bazar ertəsi günü bəyan edib ki, prezident Donald Trampın Şimali Koreya ilə hər hansı danışıqlarda başlıca məqsəd Pxenyanın nüvəsizləşdirilməsindən ibarətdir.

"Onlar artıq bəzi addımlar atıblar ki, biz bunu tərəqqi hesab edirik. Lakin biz tamamilə yəqin bilirik ki, qarşıda uzun yol var və biz irəliyə yolu davam etdirəcəyik”, Ağ Evin mətbuat katibi Sara Hakaabi Sanders bildirib.

O, müxbirlərə deyib: "Maksimum təzyiq kampaniyasını davam etdirəcəyik. Biz nüvəsizləşdirilmə istiqamətində real və konkret addımların atıldığını görməliyik, amma mən prezidentin keçirəcəyi müzakirələrdən əvvəl açıqlamalar vermək istəmirəm.”

Sanders bildirib ki, Şimali Koreya lideri Kim Yonq Unun bu yaxnnlarda nüvə silahları testləri və ballistik raket sınaqlarını dayandırmasını elan etməsi "düzgün istiqamətdə atılmış bir addımdır. "Amma biz sanksiyaların yüngülləşdirilməsinə başlamaq üçün bundan daha artıq iş görüldüyünü görmək istəyirik”, o əlavə edib. (Azadlıq Radiosu)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}