Azərbaycanda tətilə görə sərt cəzalar gəlir

 

Azərbaycanda idarə, müəssisə və təşkilatlarda tətil və digər üsullarla fəaliyyətin dayandırılması ilə bağlı yeni cəzalar müəyyənləşdirilir.Bu məqsədlə Azərbaycan prezidenti tərəfindən Milli Məclisə İnzibati Xətalar Məcəlləsinə yeni 517-2.12 maddəsinin əlavə edilməsi təklif olunub.

Layihəyə görə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi ilə bağlı tələbin pozulmasına görə fiziki şəxslərə 200 manatdan 350 manatdək cərimə və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətdə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 500 manatdan 700 manata qədər cərimə, hüquqi şəxslər isə 3 000 manatdan 4 500 manata qədər cərimə oluna bilərlər.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Bundan əvvəl İnzibati Xətalar Məcəlləsinə mitinqlər, küçə yürüşləri və digər kütləvi aksiyalarla bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə cəzaların sərtləşdirilməsi təklif edilmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}