Moskvada terror aktının qarşısı alınıb

 

Moskvada terror aktının qarşısı alınıb.

"RİA Novosti”nin verdiyi xəbərə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən terror planlaşdıran İŞİD üzvü olan 4 nəfər saxlanılıb.

FTX-nin mətbuat xidmətindən bildirilib ki, həmin şəxslər paytaxta Novıy Urenqoy şəhərindən gəliblər. Onlar Moskva ərazisində bir sıra ağır terror hücumları planlaşdırırdılar.

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmçinin Novıy Urenqoy şəhərində xüsusi əməliyyat keçirilib. Nəticədə 20 nəfər saxlanılıb. Araşdırma zamanı onların üzərində İŞİD-in fəaliyyətini təbliğ edən materiallar aşkar edilib.(APA)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}