NEFT DAVASI: PKK/YPG Bəşər Əsəddən bunu gözləmirdi! ABŞ qırıcıları terrorçuları dəstəklədi!

NEFT DAVASI: PKK/YPG Bəşər Əsəddən bunu gözləmirdi! ABŞ qırıcıları terrorçuları dəstəklədi!

 

PKK/PYD terror təşkilatı neft üçün Suriya hökumət qüvvələri ilə döyüşdü

Sozcu.info  xəbər verir ki, Suriyada mühüm neft yataqlarının yerləşdiyi Deyr əz-Zor şəhərində PYD/PKK yaraqlıları ilə Suriya hökumət qüvvələri arasında şiddətli döyüşlər baş verib.

Hökumət qüvvələri dünən səhər saatlarında Fərat çayının şərqində və Deyr əz-Zor rayonunun qərb torpaqlarında yerləşən Cenine Caya Hisan və Şakra kəndlərinə hücum edərək terrorçulardan təmizləyib.

Bunun cavabında PYD/PKK terror təşkilatı regiondakı düşərgələrindən əlavə qüvvə göndərərək əraziyə hücum edib.

PYD/PKK terror təşkiları ABŞ hərbi təyyarələri və "Apaçi” vertolyorları ilə hava dəstəyi də alaraq adı çəkilən kəndləri yenidən işğal edib.

20 nəfər həlak olub

İki qrup arasında baş verən döyüşlər nəticəsində Suriya hökumət qüvvələrindən azı 20 nəfər həlak olub. PKK/PYD-nin 5 nəfəri itirdiyi deyilir. İraqla həmsərhəd olan Deyr əz-Zorda ölkənin ən böyük enerji mənbələri yerləşir.

Ötən ilin son rübündə, PYD/PKK, Suriya hökumət qüvvələri ilə paralel şəkildə Deyr əz-Zorun enerji yataqları yerləşən şimal-şərqinə, yəni Fərat çatının şərqinə sarı irəliləmişdi.

Hazırda Deyr əz-Zorda Fərat çayının şərqinə PYD/PKK, qərbinə Suriya qüvvələri, cənubundakı bir əraziyə isə İŞİD nəzarət edir.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}