Ukrayna, demək olar ki, tamamilə Azərbaycan neftinə keçdi

 

Ukrayna 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycandan $146,022 mln. dəyərində neft idxal edib.

Bu barədə "İnterfaks-Ukrayna” agentliyi Dövlət Fiskal Xidmətinə istinadən xəbər yayıb.

«Cari ilin yanvar-aprel aylarında Ukrayna $156,302 mln. dəyərində 298,34 min ton neft idxal edib. Miqdar ifadəsində artım ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 47,4%, pul ifadəsində - 68,8% təşkil edib. Azərbaycandan $146,022 mln., Əlcəzairdən $7,176 mln., İrandan $1,844 mln., digər ölkələrdən $1,259 mln. dəyərində neft idxal olunub», - deyə məlumatda bildirilir.

2017-ci ildə Ukrayna Azərbaycandan $376,877 mln. dəyərində neft idxal edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}