İsmayıllıda körpünü sel apardı

İsmayıllıda körpünü sel apardı

 

İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb.

Sozcu.info bildirir ki, bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun dağlıq ərazisinə yağan güclü yağış və dolu kəndlərdə vətəndaşlara ziyan vurub: "Əsasən, Basqal, Sulut, Köhnə Daxar və Zərnava kəndlərinə dolu düşüb. Hadisə nəticəsində vətəndaşların əkin sahələrinə ciddi ziyan dəyib, Basqal-Sulut yolundakı körpünü sel aparıb.

Hazırda əraziyə texnikalar cəlb edilib və sel aparan körpü bərpa edilir”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}