“Türk Dünyası İnfo” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“Türk Dünyası İnfo” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Türk Dünyası İnfo” İctimai Birliyi (TDİB) "Türk dünyasının birliyi istiqamətində Azərbaycan türkoloji düşüncəsinin elmi-mədəni, ideoloji rolunun araşdırılması və təbliği” adlı yeni layihənin icrasına start verib.

TDİB-dən Sozcu.info-ya  verilən məlumata görə, layihə müstəqillik dövründə Azərbaycan türkoloji düşüncəsinin türk xalqlarının həmrəylik ideyasında və elmi-mədəni əməkdaşlıq sferasında rolu və təsir imkanlarından bəhs edir. İstiqamət türk dünyasının birliyi sahəsində elmi-mədəni, ideoloji münasibətlərin araşdırılması və təbliğidir. Əsas missiya müstəqillik illərində xalqımızın etnoqrafik əsaslarının təkamül tarixinə nəzər yetirmək, milli dövlətçilik ideologiyasında türkoloji amilin inkişaf yollarının, elmi-mədəni, mənəvi miqyasının, problemlərinin öyrənilməsi prosesini dəyərləndirməkdir.

Birliyin sədri Dəyanət Osmanlı layihənin məqsədi və görüləcək işlər barədə bildirib ki, konkret olaraq müstəqillik illərində Azərbaycan türkologiyasının səviyyəsi və inkişaf perspektivlərinə nəzər salmağa, türk xalqlarının elmi-mədəni, ideoloji inteqrasiyasına kömək etməyə istiqamətlənib. Əsas məqsəd Azərbaycanın müstəqillik illərində xalqımızın etnoqrafik əsaslarının, milli ideologiyasının təkamül tarixinə nəzər yetirmək, Azərbaycan türkologiyasının ideoloji əsaslarının, milli, ictimai, tarixi, mədəni-mənəvi miqyasının, müasir problemlərinin öyrənilməsi prosesini dəyərləndirməkdir.

Qeyd edilib ki, layihə çərçivəsində Azərbaycanda türkologiyaya dair aparılan yeni araşdırmaların nəticəsi olaraq yeni fundamental araşdırmaları özündə əks etdirən "TÜRKOLOGİYA” adlı kitab nəşr olunacaq. Eyni zamanda, müstəqillik dövründə türkologiyanın elmi-mədəni, ideoloji əsasları və inkişafı mövzusunda tədbir və kitabın təqdimatı keçiriləcək.

Sozcu.info 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}