Ekspert İlham Şaban:“Bu sektorun imici o qədər korlanıb ki, hökümət investora qarantiya verməli olur”

Ekspert İlham Şaban:“Bu sektorun imici o qədər korlanıb ki, hökümət investora qarantiya verməli olur”

 

"Hökumət artıq ehtiyatlı davranmağa başlayıb, əvvəlki kimi pulu sağa-sola xərcləmir. Yəqin, növbəti azad iqtisadi zona yaratmazdan öncə bir müddət gözləyəcək, indi yaradılanların səmərə verib-vermədiyini araşdıracaq

Sozcu.info bildirir ki, bu sözləri Azadlıq radiosuna açıqlamasında iqtisadçı –ekspert İlham Şaban Ələt İqtisadi Zonasının perspektivi barədə danışarkən deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun imici o qədər korlanıb ki, xarici investorları Azərbaycana cəlb etməkdən, onları inandırmaqdan ötrü hökumət əlavə qarantiyalar verməlidir və məhz bu məqsədlə də qanun qəbul olunur: «Praktika göstərir ki, sözlə olmur, ona görə qanun qəbul olunur, xarici investorun sabah yaranacaq hər hansı problemi beynəlxalq məhkəmədə araşdırmaq imkanı yaransın».

İ.Şabanın deməsinə görə, azad iqtisadi zonaların yaradılmasında məqsəd budur ki, burda fəaliyyət göstərəcək müəssisə və şirkətlərin işinə heç kim qarışmasın.

«Nə icra başçısının, nə yanğınsöndürənin, nə verginin, nə də digərinin qanunvericilikdə göstəriləndən başqa bir manat şirinlik, hörmət istəmək hüququ olsun. Bundan başqa funksiyası yoxdur. Azərbaycan kimi ölkədə azad iqtisadi zona yaradılması gülünc səslənir. Elə bütün Azərbaycanı azad iqtisadi zonaya çevirsinlər, heç olmasa, bütün Abşeronu və ya Abşerondan kənar bütün əraziləri. Bu qədərmi çətin işdir? Bizdə sənaye məhəllələri var, qanun da qəbul edilib. Sumqayıtda nə qədər yeni sənaye obyektlərini cəmləşdirən zonalar var. Ora kənar müdaxilə var? Əlbəttə, yoxdur. O zaman bu praktikanı niyə genişləndirməyək? Bunun üçün xüsusi qanunlar nəyə lazım?», – iqtisadçı sual edir. Onun qənaətincə, hərə öz vəzifəsini icra etsə, əlavə qanunlara da lüzum qalmaz, üstəlik, iqtisadiyyat da inkişaf edər.

Dünyada azad iqtisadi zonalar ötən əsrdən yaradılmağa başlanıb. Burda investorlara bir sıra güzəştlər tanınır. Məsələn, xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi) və ya müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılması, maliyyə, inzibati güzəştləri nəzərdə tutulur.

İqtisadçıların hesablamalarına görə, azad iqtisadi zonalarda güzəştlərin tətbiqi nəticəsində mənfəət norması 30-35%, bəzən isə daha çox olur. Məsələn, Asiyanın azad iqtisadi zonalarında fəaliyyət göstərən transmilli şirkətlərin bunun sayəsində orta hesabla ildə 40% mənfəət əldə etdikləri bildirilir.

Ötən həftə Milli Məclis «Ələt azad iqtisadi zonası» haqda qanun layihəsini birinci oxunuşda qəbul edib. Hökumət birinci dəfə deyil azad iqtisadi zona haqqında danışır. Hələ 1990-cı illərdə Sumqayıtda belə bir zonanın yaradılması təklifiylə BMT-nin rezident əlaqələndiricisi Paolo Lembo çıxış etmişdi. O zaman bu haqda çox danışılsa da, yarımçıq qaldı. Buna səbəb kimi hökumətin bəzi tələbləri yerinə yetirməməsi göstərilirdi.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}