Həyasız dilənçini soyundurub kəmərlə döydülər

 

Rusiyanın İrkutsk şəhərində maraqlı hadisə baş verib.

Sozcu.info RenTV-yə istinadən xəbər verir ki, yerli sakinlərdən biri yol kənarında durub pul dilənən şişman gənci görüb ona yaxınlaşıb. Dilənçi bildirib ki, Simferopolda (Krım) yaşayır və Sibirə təyyarə ilə tanıdığı bir qızın dəvəti ilə gəlib. Lakin qız onu narkotik vasitə ilə yuxuya verərək qarət edib.

Dilənçiyə inanan yerli sakin ona 40 min rubl (təxminən 1150 manat) verib və evinə qayıtmaq üçün bilet almasını tapşırıb. Lakin bir neçə gündən sonra səxavətli gənc dilənçini yenə həmin yerdə dilənən görüb. Əsəbiləşərək onu maşınına oturdub və şəhər kənarındakı parkda dostları ilə birlikdə soyunduraraq kəmərlə döyüb.

Bildirildiyinə görə, hazırda İrkutsk polisi "Linç məhkəməsi” qurmuş gəncləri axtarır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}