DSMF 5 rayonun sakinləri üçün qəbul keçirəcək

DSMF 5 rayonun sakinləri üçün qəbul keçirəcəkDövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Ağcabədidə 5 rayonun sakinləri üçün qəbul keçirəcək.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 19 noyabr 2015-ci il tarixdə, saat 11:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Ağcabədi, Beyləqan, Bərdə, Zərdab, Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:



Fondun Aparatında (012) 434-12-34

Ağcabədi rayon şöbəsində (02122) 5-50-54

Beyləqan rayon şöbəsində (02122) 5-29-63

Bərdə rayon şöbəsində (02020) 5-71-11

Zərdab rayon şöbəsində (02029) 6-45-59

Laçın rayon şöbəsində (02127) 7-84-28 Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.


Oxşar Xəbərlər

Xəbər lenti