Dəyişikliklərə Cəsarəti Çatan Cümhuriyyət Qadınları-FİLM

 

Artıq 16 ildir ki, fəaliyyət göstərən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Azərbaycanın Cümhuriyyətinin 100 illiyinə ithaf etdiyi "Dəyişikliklərə Cəsarəti Çatan Cümhuriyyət Qadınları” filmi təqdim edilib. Son 100 ilin böyük yol keçmiş Azərbaycan qadınlarının ən fədakarlarının yaşamlarını Cümhuriyyət bayramının işığında təqdim edən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və onun fədakar kollektivi bu filmlə böyük uğura imza atıblar. Xüsusilə, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)-nin sədri, Azərbaycan Vətəndaş Cəmiyyətinin yorulmaz nümayəndələrindən biri Şəhla İsmayılın bu addımı Azərbaycan qadınına verilən ən böyük qiymətdir. Strateq.az xəbər verir ki, film həm ingiliscə, həm də Azərbaycanca hazırlanıb. İngiliscə olan variant ingilis dilində subtitrlərlə verilib. Yəni "Dəyişikliklərə Cəsarəti Çatan Cümhuriyyət Qadınları” filmi həm də beynəlxalq ictimaiyyət üçün çəkilib və eyni zamanda geniş auditoriyaya hesablanıb.

Strateq.az-ın əldə etdiyi məlumatlara görə, "Dəyişikliklərə Cəsarəti Çatan Cümhuriyyət Qadınları” adlı sənədli film İsveçrənin Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi hazırlanıb. Film 1870-ci ildən müasir dövrə qədər Azərbaycanda baş verən tarixi hadisələri və bu hadisələrdə qadınların rolunu işıqlandırır, örnək qadınların həyatlarından maraqlı hekayətlər təqdim edir. Strateq.az Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)-nin çəkdiyi "Dəyişikliklərə Cəsarəti Çatan Cümhuriyyət Qadınları” filminin hər iki variantını təqdim edir:

 

Azərbaycan variantı:

 

İngilis dilində subtitrlə variant:




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}