Azərbaycanda AİLƏ FACİƏSİ: Ata, ana və oğlu bir ilin içində öldü - TƏFƏRRÜAT

Azərbaycanda AİLƏ FACİƏSİ: Ata, ana və oğlu bir ilin içində öldü - TƏFƏRRÜAT

 

Dünən Masallı rayonunda ildırım vurması nəticəsində vəfat edən Mollaoba kənd sakini, 27 yaşlı Fərid Xəzər oğlu Həsənovla bağlı bəzi məqamlar üzə çıxıb.

Sozcu.info Lent.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə ilə üzləşən gənc oğlan evli olub və 2 azyaşlı övladı qalıb.

Bildirilir ki, Fərid Həsnovun atası 11 ay əvvəl vəfat edib və bir neçə gün sonra il mərasimi olacaqmış. 5 gün əvvəl isə gənc oğlanın anası uzun sürən xəstəlikdən sonra vəfat edib. O, dünən qardaşı, əmisi və dayısı ilə birgə kənd məzarlığına anasının qəbrini ziyarət etməyə gedib. Bu zaman hava şəraiti daha da pisləşib və şimşək çaxmağa, yağış yağmağa başlayıb. Həmin ərəfədə Fəridə zəng gəlib və dərhal onu ildırım vurub. İldırım Fəridin əmisi Elsevəri də kənara atıb. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, Fəridi xilas etmək mümkün olmayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}