Hərraca çıxarılan dinozavr skeleti 2,36 milyon dollara satıldı

Hərraca çıxarılan dinozavr skeleti 2,36 milyon dollara satıldı

 

Fransada "Aguttes” satış evinin hərraca çıxardığı dinozavr skeleti 2,36 milyon dollara öz alıcısını tapıb.

Sozcu.info  azərtac-a istinadla xəbər verir ki, hündürlüyü 2,6 metr, uzunluğu 9 metrə çatan dinozavr skeleti əvvəllər Parisin "Eyfel” qülləsində sərgiyə qoyulmuşdu.

Yaşının təxminən 150 milyon il olmasına baxmayaraq, bütünlüyünü demək olar ki, qoruyan skelet 2013-2015-ci illərdə ABŞ-ın Vayominq ştatında aparılan qazıntılar zamanı aşkarlanıb. Ekspertlər skeletinin 70 faizinin zərər görmədiyi bu dinozavr növünün elm aləminə indiyədək məlum olmadığını bildiriblər.

Onurğalılar Paleontologiyası Birliyi növü müəyyən olunmayan dinozavr skeletinin satışının ləğvi barədə ötən ay "Aguttes” satış evinə müraciət etmişdi. Satış evi isə öz növbəsində satışdan əldə olunacaq gəlirin bir hissəsinin vəhşi həyatı qorumaq üzrə ixtisaslaşmış iki xeyriyyə təşkilatına veriləcəyini bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}