Qax və Zaqatala zəlzələdən sonra - FOTO/VİDEO

Qax və Zaqatala zəlzələdən sonra - FOTO/VİDEO

 

Ötən gün axşam saatlarında respublikanın Şimal-qərb bölgəsində baş verən zəlzələ fəsadlar törədib.

Sozcu.info report-a istinadən məlumatına görə, rayonun Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Güllük kəndində yeraltı təkanlar daha çox hiss olunub.

Zəlzələ nəticəsində bəzi tikililərdə və evlərdə çatlar əmələ gəlib, həmçinin kiçik sahibkarlıqla məşğul olan şəxslərə ziyan dəyib.

Bundan əlavə zəlzələdən sonra Zaqatalanın bir neçə kənd sakininə məxsus çay daşından inşa edilmiş mal tövlələrinin divarında uçqun baş verib, bir-neçə yaşayış evlərinin divarlarında xırda çatlar əmələ gəlib.

Apa-nın məlumatına əsasən, episentrə yaxın bir sıra yaşayış məntəqələrində 2012-ci il zəlzələsindən sonra evlərin divarlarında yaranan xırda çatlarda genişlənmə qeydə alınıb.

Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.

Qax şəhəri İmam Mustafayev küçəsi ev 8 ünvanında yaşayan 13 yaşlı Gülər Durmuşzadə zəlzələ baş verən an qaçmaq istəyən zaman yıxılaraq ayağı sınıb. Gülər Durmuşzadə Qax MRX-a yerləşdirlib.

Zaqatala rayonu Göyəm kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakini 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn Soltan Qandaxov infakt keçirərək ölüb.

Qax və Zaqatala zəlzələdən sonra - FOTO - VİDEO - YENİLƏNİBQax və Zaqatala zəlzələdən sonra - FOTO - VİDEO - YENİLƏNİBQax və Zaqatala zəlzələdən sonra - FOTO - VİDEO - YENİLƏNİBQax və Zaqatala zəlzələdən sonra - FOTO - VİDEO - YENİLƏNİBQax və Zaqatala zəlzələdən sonra - FOTO - VİDEO - YENİLƏNİBQax və Zaqatala zəlzələdən sonra - FOTO - VİDEO - YENİLƏNİBQax və Zaqatala zəlzələdən sonra - FOTO - VİDEO - YENİLƏNİB



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}