Sevgilisini öldürən gəncə 20 il həbs verildi

Sevgilisini öldürən gəncə 20 il həbs verildiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı İ.Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum olunmasını, A.Babayevanın anası isə ona ömürlük həbs cəzası verilməsini istəyib.

Qeyd edək ki, bu il aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}