ASLAN İSMAYILOVUN BİLDİKLƏRİ VƏ BİLMƏDİKLƏRİ

 

Necə yəni, erməni gəlib erməniləri bu cür vəhşiliklə qətlə yetirir, sən hələ də bunun mənasını və cavabını bilmirsən...

Rusiyada ali hüquq təhsili alıb ədliyyə işlərinə yaxşı bələd olub bacarıqlı hüquqşünas olan Aslan İsmayılov keçən əsrin 80-ci illərinin axırlarında Azərbaycana gəlib burada artıq Rusiyada olduğu kimi prokuror və hakim deyil, vəkil olmaq məcburiyyətində qalır. O, bunun səbəbini hələ də bilmir və ümumiyyətlə 1987-91-ci illərdə SSRİ-də baş verən hadisələri cinayət hadisəsi kimi yozub bütün təqsirləri də səbəbkarın – Mixail Qorbaçovun üstünə yıxır.

Əvvələn ondan başlayaq ki, cənab İsmayılov, SSRİ-nin dağılması və bu hadisə zamanı Azərbaycanda törədilən cinayətlər 20 yanvar və Xocalı qırğınları da daxil olmaqla respublikaların, o cümlədən Azərbaycanın müstəqillik qazanması ilə müqayisədə heç nədir. Cənab vəkil, bunu bil ki, keçən 50-ci illərində müstəqillik uğrunda ayağa qalxan Əlcəzair xalqı Fransa dövləti ilə on il vuruşub bir milyon qurban verərək azadlıq və müstəqillik qazandı və "uf” da demədi. Çünki azadlıq və müstəqillik uğrunda xalqın verdiyi qurbanlar nə qədər çox olsa da, müstəqilliyə ləkə sala bilməz.

İkincisi, sənin "Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” adlı kitabında Sumqayıt hadisələri, Sumqayıt prosesi və onların təfərrüatı sənədlərlə göstərilir və şərh olunur. Kitabın yeganə əhəmiyyəti prosesin təsvirindən ibarətdir. Şərhlər isə yarımçıqdır və bəsitdir.

Cənab və hörmətli vəkil! Səhv etmirəmsə, 1986-cı ildə Moskvada "Komsomolskaya pravda” qəzetində Amerikada yaşayan Nobel mükafatı laureatı yazıçı Aleksandr Soljenitsının "Kak nam obstroit Rossiyu?” (Rusiyanı necə qurmalı) adlı böyük bir məqaləsi çap olundu. Bu məqalə çoxdan bəri SSRİ-nin faktiki rəhbəri Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçova çoxdan bəri axtardığı çıxış yolunu göstərdi. Qorbaçov ucsuz-bucaqsız şər imperiyasını yaşatmağın qeyri-mümkün olduğu görüb nə edəcəyəni bilmirdi. Belə ki, bütün bolluq içində yaşadığı bir dövrdə talon ilə hər ailəyə ayda iki kilo ət – özü də donmuş ət, iki kilo da yağ verilirdi. Heç ikinci dünya müharibəsi dövründə SSRİ bu günə qalmamışdı.

Soljenitsın da bu barədə düşünüb imperiyanın saxlanmasından daha artıq öz xalqının halına acıyırdı. O, məqaləsində yazırdı ki, rus xalqının bu 15 müttəfiq respublikanı çiyinlərində saxlayıb yedirtməkdən artıq dizləri əsir və dünya şöhrətli yazıçı çıxış yolunu sənin çox ürəyin yanan SSRİ-nin dağılmasında görürdü.

Qorbaçov ağıllı adam kimi bu ideyanı götürüb onun Rusiyanı və rus xalqını xilas etmək üçün isitifadə etdi. O, yenidənqurma ilə yavaş-yavaş planını həyata keçirməyə başladı. Çünki birdən-birə olmazdı. O boyda imperiya dağılar və nəhəng ölkə xarabazara dönərdi.

Bunu hamı bilirdi. Hər halda çoxu, yəni Qorbaçova yaxın olan adamlar. Eyni zamanda siyasi büroda əksəriyyət bunun əleyhinə idi. Amma baş katibdən qorxub hamı susurdu.

Qorbaçov da ona mane olacaq adamları kənarlaşdırmağa başladı.

Həmin aylarda Moskvanın kənar mehmanxanalarının birində xəlvəti bir toplantı oldu. Burada iki nəfər, iki keçmiş görkəmli adam SSRİ-nin dağılmasından istifadə edərək Ermənistan üçün necə qazanc əldə etməyin planını cızdılar. Bu plana fürsətdən istifadə edib Dağlıq Qarabağı Azərbaycandan qoparmaq olardı. Hər halda bunun üçün fəaliyyətə başlamaq qərara alındı. Yığıncağa rəhbərlik edənlərdən biri, Qorbaçovun planından yaxşı xəbərdar olan, onun iqtisadi məslələlər üzrə köməkçisi akademik Abel Aqanbekyan idi. Yığıncaqda iştirak edən bütün erməni məşhurları ideyanı götürüb hərə öz sahəsində fəaliyyətə başlamalı idi. Elə o dəqiqə də hərəkətə gələn və məsələ üzrə ilk addımlar atan Zori Balayan və Silva Kaputikyan çapdan çıxan kitablarıyla hələ tanmamış yonqala qığılcım vurdular.

İlk növbədə Ermənistanda keyf eləyən iki yüz mindən çox türkün - yəni azərbaycanlının (ermənilər doğru olaraq bizi türk hesab edirdilər) qovulması ilə başlandı. Nifrət o qədər böyük idi ki, təbii ki, bizimkilər o ki var, qırıldılar. Əsasən də uşaq, qadın və qocalar. Çoxlu qızlar əsir alınıb sonralar ora-bura satıldı. Və çoxlu ağlasığmaz qəddarlıqlar baş verdi.

Əziz və hörmətli vəkil! Sumqayıt hadisələri də bunu ört-basdır etmək üçün planlaşdırılmışdı ki, sənin heç ağlına da gəlmirdi. Ermənistanda törədilən vəhşilikləri heç kim lentə almamışdı. Sumqayıtda isə 15-20 nəfərin qətlini, ümumiyyətlə bütün hadisələri sənin göstərdiyin kimi bir erməni operatoru lentə alırdı və bir sürü Azərbaycan ədliyyə və milis işçilərinin, şəhər rəhbərlərinin heç biri də demirdi ki, ay köpəkoğlu dığa, sən bu hadisələri niyə lentə alırsan? Məqsədin nədir?

Moskvadakı həmin toplantıda iki rəhbərin birinin təklifi ilə Bakıda və xüsusilə Sumqayıtda 10-15 nəfər qoca və fahişə erməninin qurban verilməsi qərara alınmışdı. Niyə? Çünki Ermənistanda bizimkilərə qarşı törədilən vəhşiliklər kölgədə qalsın.

Beləliklə, 1988-ci ilin 28 fevralında prosesin kiçik bir epizodu olan Sumqayıt hadisəsi baş verdi.

Adını çəkdiyimiz toplantıda bir nəfərin – yəni rəhbərlərdən birinin dediyi söz hamını xeyli güldürmüşdü. Çünki həmin şəxs demişdi ki, axı Sumqayıtda bu qətlləri törətməyə heç bir azərbaycanlını məcbur etmək mümkün olmayacaq. Mən onları yaxşı tanıyıram. Həm qorxaq, həm də humanist adamlardır. Uşağa, qadına, qocaya əl qaldırmazlar. Ona görə mən təklif edirəm ki, bu işə bir erməni cəlb olunsun.

Hörmətli Aslan bəy, ona görə də axtarıb dönə-dönə həbs olunmuş Eduard Qriqoryanı tapdılar. Və ona başa saldılar ki, sən bu işə təşkilatçılıq eləyib Ermənistanın milli qəhrəmanı olacaqsan. Özünə də yalançı iş kəsib istədiyin yerdə yaşamaq imkanı veriləcək.

Və sonra elə belə də oldu.

Göründüyü kimi Sumqayıt hadisəsi bütün Azərbaycan rəhbərliyini çaşdırdı və neyləyəcəklərini bilmirdilər. Necə yəni, erməni gəlib erməniləri bu cür vəhşiliklə qətlə yetirir, sən hələ də bunun mənasını və cavabını bilmirsən. Baxmayaraq ki, bacarıqlı və zirək ədliyyə xadimisən.

Eduard Qriqoryan da öz işini çox bacarıqla həyata keçirdi. Özü də tək yox, sənin göstərdiyin kimi üç-dörd nəfər qorxaq, qəddar və beyinsiz azərbaycanlı ilə. Və hamısı da sənin kimi hələ indiyə qədər baş çıxara bilmirlər ki, Qriqoryan niyə belə eləyib. O cümlədən, hadisədən çox-çox sonra bu barədə film çəkən bizimkilər də. Onlar da hadisələri danışır, göstərir, olduğunu sübut edir, amma "niyə” sualına cavab verə bilmirlər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}