Balakəndə qəza: xəsarət alanlar var

Balakəndə qəza: xəsarət alanlar varBalakəndə iki nəfərin xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza rayonun Hənifə kəndi ərazisində dünən saat 15:30 radələrində qeydə alınıb.

Qəza nəticəsində iki nəfər yaralı - rayonun Hənifə kənd sakini, 1956-cı il təvəllüdlü Gülbahar Hənəfi qızı Şabanova və Qazma kənd sakini Samir Sahib oğlu Məmmədov xəstəxanaya yerləşdirilib. 59 yaşlı G. Şabanovaya qapalı kəllə-beyin travması, baş beyn silkələnməsi və sol budun sınığı, 23 yaşlı S. Məmmədova isə qapalı kəllə-beyin silkələnməsi, boyun, burun və alın əziyi diaqnozu qoyulub. Xəsarət alanların müalicələri xəstəxananın cərrahiyə şöbəsində davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, S. Məmmədov idarə etdiyi VAZ 2107 markalı, 63 BB 424 dövlət nömrə nişanlı avtomobillə Hənifə kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək maşını qarşısında hərəkətdə olan Hənifə kənd sakini Elşən Qazıbəy oğlu Ağayevin idarə etdiyi VAZ 2106 markalı 08 BA 839 dövlət nömrə nişanlı avtomobilin arxasından vurub. Qəzadan sonra E. Ağayevə məxsus VAZ 2106 markalı avtomobil yolun kənarında dayanan piyada G. Şabanovanı vurub.

Balakən rayon Polis Şöbəsinin növbətçi hissəsi hadisə ilə bağlı onlarda heç bir məlumatın olmadığını əsas gətirərək məlumat verməkdən boyun qaçırıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}