Mingəçevirdə evin damı çökdü

 

Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. Hadisə çimərlik yolu səmtində yerləşən bağlar yaşayış massivində qeydə alınıb.

Belə ki, tikilməkdə olan fərdi yaşayış evinin damı çöküb. Nəticədə damın üzərində işləyən ustalar - 1992-ci il təvəllüdlü Fəxri Oqtay oğlu Talıbzadə və 1960-cı il təvəllüdlü Fizuli Əzizbala oğlu Hüseynov yerə yıxılaraq daşların altında qalıblar. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məlumata görə, evin damının inşası zamanı keyfiyyətsiz armaturlardan istifadə edilib, həmçinin tikintiyə görə ağır daşlar yığılıb. Nəticədə dam ağırlığa tab gətirməyərək uçub.

Faktla bağlı araşdırma aparılır. (Report)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}