Adnan Oktara 6 ölkədən şikayət yağdı: ZƏRƏRÇƏKƏN 17 UŞAQ ŞİKAYƏTÇİ OLDU

Adnan Oktara 6 ölkədən şikayət yağdı: ZƏRƏRÇƏKƏN 17 UŞAQ ŞİKAYƏTÇİ OLDU

 Sozcu.info xəbər verir ki, Adnan Oktarın cinayətkar şəbəkəsinə qarşı Türkiyə xaricindən edilən müraciətlərə 45 şikayət əlavə edilib. Təşkilatla bağlı 2 min səhifəlik material hazırlanıb. Almaniya, Avstriya, Azərbaycan, Hollandiya, Qətər, Qazaxıstanda konsulluqlara müraciət edən zərərçəkənlər Oktar və təşkilatı ilə bağlı şikayət müraciəti ediblər. Cinsi istismara məruz qaldığı bəlli olan 18 yaşından kiçik zərərçəkənlərin sayı 17-yə çatıb. Həbs əmri verilənlərin sayı isə 235-dən 255 nəfərə qalxıb. Cinayətkar şəbəkənin qurbanı olan 11 yaşlı qız uşağı ilə bağlı səsyazma da cinayət işinə əlavə edilib.

Cinayətkar şəbəkəni tərk eləmək istəyən şəxslərə qarşı qaralama kampaniyası aparıldığı, onların fotoşəkillərinin montojlanaraq şantaj edildiyi aşkara çıxıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}