İsmayıllı şəhərinin Baş məhəlləsində görüş » YeniSözçü qəzeti
İsmayıllı şəhərinin Baş məhəlləsində görüş

İsmayıllı şəhərinin Baş məhəlləsində görüş

 


19 iyul 2018-ci il tarixdə şəhərin Yuxarı baş məhəlləsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərlə görüş-qəbul keçirib. Klubda keçirilən tədbiri giriş nitqi ilə açan Mirdaməd Sadıqov ölkənin sabitliyi və təhlükəsizliyi, davamlı inkişafı, əhalinin sosial həyatının daha da təminatlı olması üçün cənab Prezident İlham Əliyevin uğurlu daxili və  xarici siyasətinin yüksək nəticələrindən ətraflı danışıb. Qeyd edib ki, İsmayıllı bütün icra və xidmət strukturları, hüquq mühafizə və ədliyyə orqanları ilə birgə Prezident İlham Əliyevin sərəncamlarını, tapşırıq və göstərişlərini habelə  Dövlət Proqramlarını yüksək səviyyədə icra edir. Müsbət nəticələr də rayonun fəaliyyətinin bütün istiqamətlərində özünü göstərir.

Giriş nitqindən sonra sözü, təklifi, şikayəti olan sakinləri diqqətlə dinləyən RİH-nin başçısı Mirdaməd Sadıqov hər bir məsələ ilə əlaqədar konkret tapşırıqlar verib. Çıxış edənlər əsasən də  yolların abadlaşdırılmasından, meyvə-tərəvəz  bazarında qayda yaradılmasından danışıblar. Sakinlər həmçinin qeyd ediblər ki,abadlığın daha geniş miqyas alması üçün vergiləri vaxtında ödəməliyik. Onlar şəhər bazarının qarşısında  "Saat meydanı”  parkı salınıb. İctimai nəzarət  olmadığından "Saat meydanı”nın abadlığına və yaşıllığına xələl gətirən  hallar baş verir.

RİH-nin başçısı Mirdaməd Sadıqov görüş-qəbulda qaldırılan  məsələlərin icrası üçün 20 iyul 2018-ci il tarixdən etibarən  şəhər icra nümayəndəsinə və İsmayıllı bələdiyyəsinə, abadlıq-quruculuq işlərində çatışmazlıqları aradan qaldırmaq üçün konkret tapşırıqlar verib.

Aygül Süleymanova,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti