“Tramp qalib gələrsə, ABŞ-da çöküş başlayacaq” – EKSPERTDƏN AÇIQLAMA

 

Professor Əbubəkr Sofuoğlu, 2016-nın 13 sentyabrında, ABŞ-da tənəzzülün başladığını, Trampın prezident seçkilərində qalib gəldiyi təqdirdə ölkədə daxili münaqişələr olacağını və qlobal quldurların xarici siyasətdə yalnızlaşacağını demişdi.

 
Sakarya Universitetinin müəllimi, professor Əbubəkr Sofuoğlu, ABŞ-ın daxilindəki bu böhran şəraitilə bağlı, 2016-ci ildə bir proqnoz vermişdi:
"Sovet İttifaqının süqutu kimi, ABŞ-ın süqutuna dair izlər görməyə başladıq. Bir dəfə, ABŞ yanlızlaşmaya başladı. İsraili, İngiltərəni, Səudiyyə Ərəbistanı , Almaniyanı, Türkiyəni itirdi. Xarici siyasətdə bunlar olarkən, iç siyasətdə Donald Trampa seçki qazandırmağa çalışılır. Tramp, seçkini qazanarsa, ABŞ da, daxili qarşıdurmalar yaşayacaq. ABŞ-ı yaxşı günlər gözləmir. Trampa seçkini verərək ABŞ-ı daxildən qarışdırmağa, xarici siyasətdə də yanlızlaştırmaya çalışan, beləliklə də Cini gücləndirən aktyor  İsraildir".
 
"HƏLƏLİK İSRAİL VƏ SƏUDİYYƏ İSTİSNADIR"

 
2016-ci ildəki təhlilini bölüşən professor Sofuoğlu, Twitter hesabından bu paylaşmanı edib:
"Türkiyəni təhdid işə yaramayanda sanki heç nə olmamış kimi "Siz Trampa baxmayın" – deyirdi, Ankaraya gələn ABŞ nümayəndə heyətindəki Konqres üzvü Con Garamendy: "Qəbul etmək mümkün deyil, bütün dünyaya savaş açmışıq". Baxın, prezident seçilmədən 13 sentyabrda nə demişik. İsrail və Səudiyyə istisna olmaqla, oxuyun".


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}