İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı keçirilib-FOTO

İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı keçirilib-FOTO

 


25-26 avqust 2018-ci il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıya səfər edib. Səfərinin birinci günü cənab Prezident Minkə-Keyvəndi-Şəbyan-Bəhliyan və Kürdmaşı-Kəlbənd-Girk avtomobil yollarının yenidənqurma və bərpasından sonra, Kürdmaşı kəndi ərazisində "Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, "Azərxalça” ASC-nin İsmayıllı filialının, Keyvəndi kəndindəki 1000 başlıq müasir heyvandarlıq kompleksinin, "Azərişıq” ASC-nin yenidən qurulan 110/35/10 kilovotluq yarımstansiyasının açılışlarını edib.

Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birgə səfərinin 2-ci gününü qədim tarixə malik, xalq sənətkarlığının beşiyi olan Lahıc qəsəbəsinə həsr edib. Dəmirçi-Lahıc avtomobil yolunun, 400 yerlik yeni məktəb binasının, qəsəbəyə təbii qazın verilməsinin açılışını edib. Lahıcın ictimaiyyət nümayəndələri və qaz kəməri çəkilişinin iştirakçıları ilə görüşüb.

Ölkə rəhbəri səfəri zamanı Lahıcın, ümumilikdə rayonun cari və perspektiv inkişafı ilə əlaqədar tapşırıq, göstəriş və tövsiyələr verib.

Dövlət başçısı səfərdən dərhal sonra İsmayıllı şəhərində yeni xalça fabrikinin, 48 mənzilli yaşayış binasının və 100 yerlik uşaq bağçasının tikintisi barədə sərəncam imzalayıb.

31 avqust 2018-ci il tarixdə rayon icra hakimiyyəti Mədəniyyət mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25-26 avqust 2018-ci il tarixlərdə İsmayıllıya səfərinə, sərəncam, tapşırıq və tövsiyələrinin icrasına həsr olunmuş fəallar yığıncağı keçirilib. Yığıncaq açıq elan edildikdən sonra 25-26 avqust tarixli səfərləri əks etdirən filmə baxılıb. Sonra rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrası ilə bağlı ətraflı çıxış edib, müxtəlif istiqamətlər üzrə hazırlanmış fəaliyyət proqramlarına və tədbirlər planlarına şərh verib. Bir sıra kəndlərə qaz çəkilişi, istehsal və sosial, təhsil obyektlərinin və  yollların tikintisi ilə bağlı ilkin layihə işlərinə, torpaq ayrılmasına başlandığını deyib. Əminliklə bildirib ki, cənab Prezidentin sərəncam, tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələr layiqincə, vaxtında icra olunacaqdır.

 Millət Vəkili Novruz Aslanov, professor, Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev, ədliyyə veteranı, ağsaqqal hüquqşünas Rəsul Səfərov, Millət Vəkili Tahir Kərimli, "Azərxalça” ASC-nin sədri Vidadi Muradov, "Azəriqaz” Ağsu Regional qaz istismarı idarəsinin rəisi Namiq Məmmədov, "AZZA AQRO” MMC-nin icraçı direktoru Nəriman Hüseynov və iş adamı, istifadəyə verilmək ərəfəsində olan "Bədo” sanatoriyasının sahibi Məzahir Həsənov çıxış ediblər. Hər bir çıxışda Prezident İlham Əliyevin İsmayıllı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələrin icrası üçün tam səfərbər olduqları səslənib.

Fəallar yığıncağı müzakirə olunan məsələ ilə əlaqədar hazırlanmış fəaliyyət istiqamətləri və icra profilləri ilə əlaqədar proqramları və tədbirlər planını təsdiq edib.

Fəallar yığıncağının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə müraciət qəbul edib.

Sozcu.info

İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı keçirilib-FOTO

 

İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı keçirilib-FOTO

 

İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı keçirilib-FOTO

 

İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı keçirilib-FOTO

 

İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı keçirilib-FOTO

 

İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı keçirilib-FOTO

 

İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı keçirilib-FOTO

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}