Qarabağ əlili yenidən Sahil Babayevə səsləndi İNTİHAR EDƏCƏM

 

Əgər xatırlayırsızsa keçən dəfə Qarabağ döyüşlərində sağlamlığını itirən Qasımov Şöhrət Mülkədar oğlu yaşayış şəraitinin bərbad olmasından gileylənmişdi!


Qeyd edək ki, Ucar rayonu Qaracallı kənd sakini olan Şövkət Qasımov 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Müharibə zamanı sağ ayağını itirib. Vətən uğurunda döyüşlərdə sağlamlığından məhrum olan Ş.Qasımov bu gün normal həyat şəraitindən məhrum edilib:

Qasımov bildirmişdir ki, 2009-cu il tarixdən ev növbəsindədir, ancaq onun növbəsini qanunsuz olaraq rüşvət alıb geri yazıblar: "Mənim növbəmi başqa şəxsə satıblar, ona ev inşa ediblər. Bunu edən vəzifəli şəxsin maddi maraqlarına görə bu gün mənim ailəm çıxılmaz, acınacaqlı bir vəziyyətdə yaşayır. Qarabağ müharibəsi əlilinin yaşadığı evi gəlib gözləri ilə görən olsa, dəhşətə gələcək. Mənim ev növbəmin yerini dəyişdirib satan vəzifəli şəxs mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir ki. O, daxmada ağır şəraitdə yaşayan azyaşlı uşaqlara qarşı bir vəhşilik edib.

Qarabağ əlili elə həmin vaxt müraciətində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi yaşadığı Ucar rayonunun Qaracallı kəndinə daxmasına qonaq dəvət etmişdi.

Müraciətimdən dərhal sonra nazir özü şəxsən gəlməsədə Ucar rayonundakı nümayəndəsi Faxrət Gülüşovu göndərdi.Yuxarıda qeyd etdiyim kimi Faxrət Gülüşov gəlib baxdı dəhşətə gəldi söz verib şəkil çəkdirib getdi.
Ancaq sonradan mənə öz iş otağında dedi ki, bu iş bir başa nazirliyə aiddir.
Ancaq, buradan izah edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəzi əməkdaşları rüşvət müqabilində mənim ev növbəmi dəyişib geri yazıblar. Qasımov reportyor.info-ya göndərdiyi məktubunda qeyd edir ki ,Ucar rayonu Lək kənd sakini Rafiq adlı Qarabağ müharibəsi əlili ev növbəsində 1-ci, mən 2-ci, Ruslan isə 3-cü idi. Rafiq və Ruslana ev inşa edildi mənim isə növbəm geri yazılıb 7-ci edildi.
” Şəkil çəkdirib söz verib getdilər” - Qarabağ əlili yenidən Sahil Babayevə səsləndi intihar edəcəm
Bu saxtakarlıq korrupsiya cinayyətini Ucar rayon Icra Hakimiyyətinin işçisi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyin əməkdaşı əlbir olub ediblər.Nəticədə mən gördüyünüz kimi heyvanların belə qala bilməyəcəyi daxmada 2 azyaşlı övladlarımla yaşamağa məhkum edilmişəm. Bu mənzərəni gözləri ilə görən hər bir vicdanlı insan dəhşətə gələr.Bəlkədə Azərbaycan Respublikasında ikinci belə yarasız şəraitsiz və təhlükəli vəziyyətdə olan ev yoxdur ki, mənim ailəm yaşayır.
Mənə və ailəmə qarşı edilən qanunsuzluğa görə intihar edəcəm.Bunun isə məsuliyyəti saxtakarlıq edib mənim ev növbəmi dəyişib geri yazan vəzifəli şəxslərin üzərinə düşəcək.Artıq qəti fikirimdir ki, çıxış yolunu ancaq intiharda görürəm.Həyatımdan bezmişəm,erməni gülləsi məni öldürmədi ancaq, ailəmə qarşı edilən qanunsuzluq məni öldürəcək.//REPORTYOR.info
” Şəkil çəkdirib söz verib getdilər” - Qarabağ əlili yenidən Sahil Babayevə səsləndi intihar edəcəm
” Şəkil çəkdirib söz verib getdilər” - Qarabağ əlili yenidən Sahil Babayevə səsləndi intihar edəcəm
” Şəkil çəkdirib söz verib getdilər” - Qarabağ əlili yenidən Sahil Babayevə səsləndi intihar edəcəm


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}