Təranə Rəcəbliyə qarşı təbliğatın görünməyən tərəfi

 

Təranə Rəcəbliyə qarşı təbliğatın görünməyən tərəfi

 Təranə Rəcəblini Sumqayıt şəhər icra hakimi olan Zakir Fərəcovla qohumu elan etməklə tənqidi tamamilə başqa müstəviyə keçirmək doğru deyil

 


Azərbaycanda səhiyyənin yüksək səviyyədə olmadığı hər kəsə bəllidir. Son illər çoxsaylı yüksək səviyyəli tibb müəssisələrinin istifadəyə verilməsinə, köhnələrin əsaslı təmir olunmasına və texniki vəsaitlərlə təmin olunmasına baxmayaraq ölkədə səhiyyə xidmətinin səviyyəsini yükəsltmək mümkün olmur. Eksprtlər bunu səhiyyə işçilərinin əmək haqqının çox aşağı olması, tibb təhsilinin yenidən qurulmaması ilə izah edirlər. Bu günləri nəqliyyat sektorunda çalışan sürücülər həkimlərdən bəzən iki dəfə artıq əmək haqqı alırlar. Baxmayaraq ki, sürücülük ixtisasına yiyələnmək üçün bir neçə ay, həkimlik peşəsəinə yiyələnmək üçün təxminən 20 il yüksək səviyyəli təhsil almaq lazım gəlir. Həkimlərin əmək haqqı sonda səhiyyə xidmətinin səviyyəsinin arzu olunan həddə çatdırmağa imkan verməyən səbəblərdən biridir. Buna görə ölkədə tədricən tibbi sığorta sistemi tətbiq olunur. Bütün bunlar səhiyyənin inkişafının fundamental məsələləridir və bu yazının mövzusu deyil. Məqsədimiz baş verən neqativ halların səbəbini göstərməkdir. Halbuki, bəzi həmkarlarımız bunu səhv olaraq şəxslərlə bağlamağa çalışırlar. Guya ki, hansısa tibb müəssisəsində baş verən neqativ halın günahkarı həmin müəssisənin rəhbəridir. Halbuki bu gün ölkədə səhiyyənin bu günkü mövcudluğuna görə bəlkədə yerlərdəki səhiyyə müəssisələrinin rəhbərlərinə minətdar olmalıyıq. Bu mənada Sumqayıt 1 saylı doğum evində baş verən hansısa neqativ olaya görə müəssisənin rəhbərini ittiham etmək doğru deyil. Sumqayıt 1 saylı Doğum Evində özbaşınalıq, rüşvət xəstəliyinin davam etməsi kimi ümumi ifadələrlə çox kiçik əmək haqqı müqabilində səhiyyə xidməti göstərənlərin fədakarlığının üzərinə kölkə salmaqdır. Halbuki bu tənqidləri yazanların özləri həmin əmək haqqı müqabilində bütöv bir ayı işləməyə razı olmazlar. Digər tərəfdən tamamilə əsassız halda, heç bir sübut olmadan Təranə Rəcəblini Sumqayıt Şəhər İcra Hakimi olan Zakir Fərəcovla qohumu elan etməklə tənqidi tamamilə başqa müstəviyə keçirmək doğru deyil. Bununla yazı müəllifinin hansı məqsəd güddüyünü söyləmək çətindir. Ancaq istisna deyil ki, bununla icra başçısının diqqətini səhiyyə müəssisəsinə, onun rəhbərinə yönəltməyə cəhd edilir. Əgər bu zaman "Sumqayıtın ağasına çevrilmiş və şəhəri altını üstünə çevirmiş Z.Fərəcovun qohumunun 1 saylı Doğum Evində hansı mühiti yaratdığı aydındır”- ifadəsindən istifadə edilirsə, burada hər şey aydındır. Bu gün ölkənin bir çox səhiyyə müəssisəində çoxsaylı vakant həkim vəzifələri var. Həkimlər həmin vakant yerləri tutmağa can atmırlar. Çünki əmək haqqı çox aşağıdır. Əgər, xalq öz həkimini ayaqda saxlaya bilmirsə, onun sağlamlığı da ayaqlar altında olacaq. Əlbəttə, bunun ideal hal olduğunu söyləmək olmaz. Ancaq hazırkı şərtlər çərçivəsində buun alternativi də yoxdur.

Azərbaycanda səhiyyə siyasəti köklü şəkildə dəyişənə qədər xalq öz həkimlərinə sahib çıxmaqda davam etməlidir. Çünki, xalqın sağlamlığı onun öz həkimlərinin əlindədir.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü” qəzeti

 

Təranə Rəcəbliyə qarşı təbliğatın görünməyən tərəfi

 


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}