SAĞ OL, HƏKİM!

 

SAĞ OL, HƏKİM!

 Redaksiyamızın ünvanına Goranboy rayonunda yaşayanYazıçı-publisist və müharibə əlili İmam Cəmilli tərəfindən məktub daxil olub. Həmin məktubu olduğu kimi oxuculara təqdim edirik:


 

 Hörmətli redaksiya!

Neçə illərdir ki, həyat yoldaşım Əsli xanım ağrılardan əziyyət çəkirdi. Çox həkimlərə müraciət etmişdik. Dava-dərman eləsək ağrılar azalmırdı, getdikcə daha da şiddətlənirdi. Axırda həkimlər xəstəni əməliyyat etdirməyi məsləhət gördülər.

Maddi vəziyyətim yaxşı olmadığı üçün xəstəni özəl xəstəxanalara yaxud xaricə aparmaq imkanım yox idi. Yaxın günlərdə xəstənin analiz diaqnostik sənədlərini götürüb Gəncə Şəhər Səhiyyə Şöbəsinin rəisi tibb elimləri doktoru Bəxtiyar Haqverdiyev cənablarının qəbuluna getdim. Bəxtiyar müəllim məni çox hörmətlə qəbul etdi. Söhbət zamanı mənim yazıçı, şair müharibə əlili olduğumu bildikdə, «Qorxma müəllim, sizin kimi qələm adamlarına, vətənin yolunda sağlamlıqlarını itirən yoldaşlara diqqət qayğı göstərmək bizim vətəndaşlıq borcumuzdur. Yoldaşınızın əməliyyatını öz üzərimə götürürəm”, deyərək əməliyyat vaxtını təyin etdi.

Həqiqəti etiraf edim ki, Bəxtiyar həkimlə söhbətdən sonra böyük ümidlə ayrılsam da içimdə bir inamsızlıq var idi. Həmin inamsızlıq oradan qaynaqlanırdı ki, Gəncə Şəhər Səhiyyə Şöbəsi rəisinin vaxt edib əməliyyata gələ bilməyi mənim üçün bir az müəmmalı idi. Yəqin ki, başqa həkimlərə tapşıracaq, – deyə fikirləşdim.

Əməliyyat vaxtına az qalmış həyəcanla əməliyyatın başladığı vaxtı gözləyirdim. Gözüm isə xəstəxananın dəhlizində idi. Bu zaman dəhlizin yuxarı başından Bəxtiyar həkimin mənə tərəf gəldiyini görəndə gözümə inanmadım. Həkim mənə yaxınlaşaraq gülə-gülə, – Necəsən şair, vəziyyətin necədir? Narahat olma, hər şey yaxşı olacaq, ürək-dirək verib baş həkimin kabinetinə daxil oldu.

Əməliyyat uğurla başa çatdı mən Bəxtiyar həkimə yaxınlaşaraq minnətdarlıq etmək üçün söz tapa bilmədim.

Hörmətli redaksiya!

Ömür-gün yoldaşım Əsli xanımı böyük qayğı zəhmət hesabına yenidən mənə uşaqlarıma qaytardıqları üçün Gəncə Şəhər Səhiyyə Şöbəsinin rəisi Bəxtiyar Haqverdiyevə, Gəncə Şəhər Ankaloji Mərkəzin rəhbəri Namiq Piriyevə xəstəxananın tibbi heyətinə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əfqanıstan Qarabağ Müharibəsi əlili kimi ailə üzvlərim adından təşəkkür minnətdarlığımı çatdırmağı xahiş edirəm.

Bəxtiyar həkim Ankaloji xəstəxananın tibbi heyəti, sağ olun, əlləriniz var olsun!

Hörmətli redaksiya, sizə öz minnətdarlığımı bildirirəm!

 

  İmam CƏMİLLİ,

Yazıçı-publisist müharibə əlili



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}