Nura ilə Oksana arasında qalmaqal: "Yalanın 40 gün ömrü var"

Nura ilə Oksana arasında qalmaqal: "Yalanın 40 gün ömrü var"

 

Rəqqasə Oksana Rəsulova ilə müğənni Nura Suri arasında qalmaqal yaranıb. 

 
Axşam.az-ın məlumatına görə, Oksana "X maqazin"ə açıqlamasında hamiləlik xəbərini mediaya bir müğənninin ötürdüyünü deyib. Rəqqasə bildirib ki, sənətçinin mətbuat katibi məhz məlumatı ondan öyrənib və yayıb. 

Daha sonra həmin ifaçının Nura Suri olduğu ortaya çıxıb. Müğənni rəqqasənin iddialarına sosial şəbəkədə cavab verib:

"Hansı məşhurun mətbuat katibi işlədiyi saytda xəbər yazırsa, onu həmin adam ötürür? Təzə söhbətdir bu? Seymur Zəkəryayev, Tahirə, Türkanla 8 il işləmişəm. İndi də Pərvizlə. Mənimlə işləyən müddətdə paralel başqa müğənnilərlə də işləyən olub, hətta başqa müğənninin saytında da mətbuat katibim olub. Bir dəfə də olsun ağlıma gəlməyib ki, onlardan nədəsə şübhələnim. Həyat Hollivud filmi, heç kəs cəsus deyil və siz də böyük əhəmiyyətli insan deyilsiniz. Biri estetik əməliyyat edir, xəbəri xəstəxanadan ötürürlər, saytda xəbər çıxır, mənə zəng edirlər ki, sənin mətbuat katibin yazıb.

Əvvəla o adam xəbəri işlədiyi saytda yazıb, mənim şəxsi səhifəmdə yox. Haradan bilim bu xəbəri ona kim və niyə ötürüb? Ümumiyyətlə, heç mənim dostum da deyilsən ki, sənin hamıdan gizli saxladığın xəbərdən xəbərdar olum. Çox elə yadıma düşürsünüz axı. Niyə sizin hansısa mənasız xəbəriniz mənə maraqlı olsun?
 
Birinin başqa saytda hamiləlik xəbəri çıxır. Heç mətbuat katibimin o sayta aiddiyyəti yoxdur, deyirlər ki, Nura deyib, yazıblar. Nə var ki, bu xəbəri Pərviz yazıb, deyirlər ki, Nurayla işləyir, o, ötürüb xəbəri. Sizin başınız xarabdır. Siz xəstəsiniz, nəsiniz?
 
Xəbəriniz olsun ki, bütün məşhurların mətbuat katibi var. O da mənə aid olan xəbərlərə cavabdehdir. Jurnalist kimi yazdığı xəbərlərin mənə dəxli yoxdur. Əgər haqqımda belə düşünürsüzsə, bu, sizin probleminizdir. Məni şou-biznesi və mətbuatı idarə edən adam kimi görürsünüz.
 
Zatı qırıq insan ancaq gözü ilə görmədiyi və 100 faiz əmin olmadığı söhbəti danışa bilər. Özü buna qadir olan insan belə alçaqlığı ağlına gətirə bilər. Bizim ailədə belə adamlar olmayıb, qəhrəmanlar, müəllimlər və hərbiçilər doğulub. Siz kimin haqqında nə danışdığınıza diqqət edin. Yalanın və ... qırx gün ömrü var, onsuz da açılacaq".


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}