İsmayıllıda Dövlət Müstəqilliyinə həsr olunmuş tədbir keçirilib-Foto


 

İsmayıllıda Dövlət Müstəqilliyinə həsr olunmuş tədbir keçirilib-Foto

 

İsmayıllı rayonunun Heydər Əliyev parkında  rayon  icra hakimiyyətinin təşkilatçılığı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə bayram tədbiri keçirilib.

Yenidən təmir olunub, qurulan Heydər Əliyev adına parkda  keçirilən tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov, başçının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova, RİH aparatının işçiləri, hüquq-mühafizə, idarə və müəssisə rəhbərləri, ümumtəhsil məktəblərinin pedoqoji və şagird kollektivləri, ictimaiyyətin nümayəndələri və 5000 dən çox əhali iştirak edib.

Tədbiri giriş sözü ilə İsmayıllı şəhər bələdiyyəsinin sədri Pərviz Ağayev açaraq qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması xalqımızın tarixində şanlı səhifədir. Dövlət müstəqilliyinin bərpasından ötən 27 il ərzində xalqımız böyük və misilsiz inkişaf yolu keçib. Bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməz və əbədidir.

Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Mərkəzi Kitabxanalar sisteminin direktoru Könül Baxışova, ictimaiyyət nümayəndəsi, Əmək veteranı Rizvan Orucov çıxış edərək ölkəmizin tərəqqisi və inkişafının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıblar. Heydər Əliyev adına parkın bərpa və yenidənqurmadan sonra yüksək səviyyədə sakinlərin ixtiyarına verildiyini bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bayram münasibətilə tədbirə toplaşanları təbrik edib, ölkə rəhbərinin rayona səfəri və rayonun inkişaf perspektivləri haqqında məlumat verib.

Tədbir rayon Mədəniyyət Mərkəzinin konsert proqramı və məktəblillərin çıxışları ilə yekunlaşdırılıb.

Sozcu.info

İsmayıllıda Dövlət Müstəqilliyinə həsr olunmuş tədbir keçirilib-Foto

 

İsmayıllıda Dövlət Müstəqilliyinə həsr olunmuş tədbir keçirilib-Foto

 

İsmayıllıda Dövlət Müstəqilliyinə həsr olunmuş tədbir keçirilib-Foto

 

İsmayıllıda Dövlət Müstəqilliyinə həsr olunmuş tədbir keçirilib-Foto

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}