Xətai rayonunda ehtimal olunan seysmik təhlükənin 8 balla qiymətləndirilir

 

Oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində "Azərbaycan Seysmoloqlar Assosiasiyası” İctimai Birliyinin həyata keçirtdiyi "Bakı şəhəri Xətai rayonunun seysmik riskinin qiymətləndirilməsi və baş verə biləcək zəlzələlərin ətraf mühitə təsiri imkanlarının araşdırılması” layihəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən mərkəzin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli respublika ərazisində seysmik aktivliyin qeyri-bərabər paylandığını deyib. O, ölkəmizdə güclü zəlzələlərin daha çox Şamaxıda, Gəncədə, Naxçıvan Muxtar Respublikasının Ermənistanla həmsərhəd ərazilərində baş verdiyini diqqətə çatdırıb. Mütəxəssis ölkə ərazisində güclü zəlzələlərin baş verməsinin səbəbinin iri dərinlik qırılmaları ilə əlaqədar olduğunu vurğulayıb.

T.Məmmədli, həmçinin Xətai rayonunda ehtimal olunan seysmik təhlükənin 8 balla qiymətləndirildiyini qeyd edib.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. (AzərTAc)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}