Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsində özbaşınalıq

Redaksiyamızın ünvanına  Ucar rayonu Alpout kəndi sakini Səfərov Ağaqulu Qəfər oğlu tərəfindən şıkayət məktubu daxil olmuşdur. Məktubda qeyd olunur ki, Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin  rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədov korrupsiya  şəbəkə yaradaraq cinayət əməlləri ilə məşğuldur ki, bunun nəticəsində 11.000 manata aldığım maşınım əlimdən alınır.Belə ki, 13.06.2015-ci il tarixdə Sumqayıt sakini olan Mehdiyev Rəşad İbrahim oğlundan 99 GZ 932 dövlət nişanlı "Ford Transit" avtomobilini 11.000 manata aldım və mənim adıma rəsmiləşdirərərk 99 KX 661 dövlət nömrə nişanı verildi. 2015-ci ilin sentyabr  tarixində  Gəncə şəhəri Kəpəz rayon məhkəməsi iclasında iştirak etməyim üçün mənə bildiriş təqdim edildi.Məhkəmə iclasında xəbər tutdum ki, Gəncə şəhər sakini Abbaslı Şamil Məhəmməd oğlu məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, 99 GZ 932 nömrə nişanlı " Ford Transit" markalı avtomobil ona məxsus olmuş tanıdığı Gəncə şəhər sakini Rzayev Seymur Akif oğlu onun etibarından sui istifadə edərək həmin maşını təmir etdirib alacağını  bildirib ona 3000 manat beh vermiş, sonra həmin avtomaşına saxtakarlıqla etibarnamə düzəltdirib bundan sonra himayədarı dəfələrlə əlbir olub belə cinayət əməllərini həyata keçirdiyi  9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin  rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədovun köməkliyi ilə avtomobili adına sənədləşdirib Rəşad Mehdiyevə, sonuncu isə mənə satmışdır.Qeyd edim ki, Seymur Rzayev eyni vaxtda Şamil Abbaslıya məxsus iki avtomobili etibardan sui istifadə edərək ələ keçirib saxta etibarnamə ilə himayədarı polis polkovnik-leytenantı Tariyel Məmmədovun köməkliyi ilə sənədləşdirmişdir.Həmin avtomobillərin ikincisini isə  Qubadlı rayonundan olan  məcburi köçkün Həsənov Mübariz Həsən oğluna satmışdır .Kəpəz rayon Məhkəməsi  iddianı  təmin edilib  hər iki avtomobillərin alqı- satqı  və qeydiyyat sənədlərinin etibarsız hesab edilib iddiaçı Şamil Abbaslıya qaytarılmasına dair 19.11.2015-ci il tarixdə qətnamə çıxartmışdır. 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədov  özünü və himayə etdiyi dələduz Seymur Rzayevi cinayət məsuliyyətindən yayındırmaq üçün məhkəməyə küllü miqdarda rüşvət vermişdir.Buna görə də hər ikisinin Tariyel Məmmədovun və Seymur Rzayevin əməllərində cinayət tərkibinin olmasına baxmayaraq Kəpəz rayon Məhkəməsinin hakimi Yaşar Həşimov onların barəsində qanunu tədbirlər görülməsinə dair xüsusi qərar çıxarmamışdır. Çünki korrupsiya şəbəkəsi yaratmış 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin  rəisi Polis Polkovnik-leytenantı Tariyel Məmmədovun verdiyi rüşvət hakim üçün dövlət qanunlarından ali olmuşdur.Bu necə olur etibardan sui-istifadə edib hər birinin dəyəri 10 000 manatdan çox olan iki avtomobili dələduzluq və saxtakarlıqla sənədləşdirən iki nəfər şəxsin barəsində heç bir tədbir görülmür ? Qanunda nəzərdə tutulmuş qaydada Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin  rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib korrupsiya cinayətləri ilə məşğul olduğu üçün barəsində dərhal cinayət işi başlanılıb tədbirlər görülməlidir.Mən bu korrupsiya şəbəkəsinin əməlləri barədə Prezidentə, Baş Prokurora, Daxili İşlər Nazirinə və  Baş Dövlət Yol Polis İdarəsinin rəisinə şikayət ərizələri ilə müraciət etmişəm.Həmçinin mətbuat vasitəsi ilə də onlara müraciət edib xahiş edirəm Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsini cinayət yuvasına döndərmiş  polis polkovnik-leytenantı Tariyel Məmmədovun və onun himayə etdiyi Gəncə şəhər sakini Seymur Rzayevin barəsində qanunu tədbirlər görəsiniz.Onların barəsində cinayət işi başlanılmalı və bizim zərərçəkən kimi tanınmağımıza dair qərar qəbul edilməlidir.Xahiş edirəm nəzərə alasınız.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}