Nəsimidə polis veteranın evini əlindən almaq istəyirlər: “REGAL” MTK mənzili qəzalı vəziyyətə saldı - FOTOLAR

Nəsimidə polis veteranın evini əlindən almaq istəyirlər: “REGAL” MTK mənzili qəzalı vəziyyətə saldı - FOTOLAR

 

Nəsimi rayonunda "REGAL” MTK-ya məxsus hündürmərtəbəli binada tikinti normalarına riayət olunmur. MTK yeni inşa etdiyi bina yaxınlıqda yerləşən 510 kvadrat metrlik yaşayış evinin sakinlərinin rahat yaşamasına, təhlükəsizliyinə ciddi təhdid yaradır.

Sozcu.info  bildirir ki, bu barədə unikal.org-a şikayətində Nəsibbəy Yusifbəyli ev 19-un sahibi, ehtiyatda olan polis zabiti Aqil Ağayev məlumat verib.

O, iddia edib ki, "REGAL” MTK ona məxsus mənzili əlindən almaq üçün evini qəzalı vəziyətə salıb:

"Bu mənzildə ən azı üç ailə məskunlaşmışıq. Zəngilan rayonundan olan məcburi köçkünük. Atam Ağayev Səyihəddin Bilal oğlu 1989-cu ildə Bakıda tələbə olan zaman bu evi mənə alıb. Sonradan rayonumuz işğal edildikdən sonra ailəmiz (atam, anam, qardaşlarım) bu evə köçüblər. Bu mənzilin rəsmi qaydada çıxarışı var. Sözügedən il atam bu mənzili adıma rəsmiləşdirdikdən sonra çıxarış (kupça) alıb. Hələ o dövürdə Bakıda cəmi 400-500 evdə çıxarış var idisə, bunun biri də bizdə idi. Atamın Zəngilanda 5 evi olub. Düşmən sözügedən evlərə od vurub yandırdı, torpaqlarımız işğal edildi. İndi isə, "REGAL” MTK rəsimləri adıma olan və lakin ailəmizə məxsus bu mənzili uçurmaq üçün bütün çirkin addımlara əl atırlar”.

Aqil Ağayev deyib ki, "REGAL” MTK nümayəndələri bizi evdən çıxarıb, yerində hündürmərtəbəli bina tikmək istəyir: "Bizi iki illik kirayədə qalmağı tövsiyə edirlər. Bizə "bu evdən çıxın, iki ildən sonra yerində bina tikildikdən sonra siz mənzillə təmin ediləcəksiniz" deyilir. Biz buna razı deyilik! Əvvala mənə məxsus olan mənzildə 20 nəfərdən çox qonaq qəbul edə bilərəm. Evin ölçüsü 510 kvadrat metr və həyətində isə 20 nəfərə məxsus avtomobil saxlamaq olar. Bu böyüklükdə mülkdən çıxıb nəyə görə dar şəraitli binada yaşamalıyam? Digər tərəfdən evimin altı obyekt kimi istifadə edə bilirik. Nəyə görə bu obyektdə əlimizdən çıxmalıdır ki? Bütün bunlara razılıq vermədiyimiz üçün, "REGAL” MTK yaxınlıqa tikdiyi binanın bünövrəsini qəsdən evimizin yaxınlığına salıb. Nəticədə evimiz təhlükəli vəziyətə düşüb, hasarı isə uçub”.

A.Ağayev iddia edib ki, "REGAL” MTK nümayəndələri qəsdən hasarın kənarında su kranını açıb, yerini yumuşaldıb və nəticədə bu qəzanın baş verməsinə imkan yaradıblar.

Ev sahibi hadisə ilə bağlı polisə, Bakı şəhər İcra Hakimiyətinə, Fövqəladə Hallar Nazirliyinə və digər müvafiq orqanlara da müraciət edib: "Hazırda ölkə başçısı İlham Əliyevə müraciət etməyi düşünürəm. Cənab prezident dəfələrlə çıxışlarına bəyan edib ki, insanların icazəsi olmadan, onlarla razılaşmadan mülklərini əlindən almayın!. Amma, Nəsimi rayonunda "REGAL” MTK nümayəndələri kimlərəsə güvənərək ölkə başçısının bu tələbinə riayət etmirlər. Digər tərəfdən Nazirlər Kabinetinin 2016-ci il 16 fevral qərarı var. Qərarda göstərilir ki, istismara yararsız, qəzalı vəziyyətdə və şəhərin görünüşünə xələl gətirən binaların söküntüsü aparılsın və yerinə yeni müsair tələblərə uyğun binalar tikilsin. Orada həyət evləri nəzərdə tutulmayıb. Bütün bu qərarla yanaşı, sahibkarlardan mülk sahiblərinin icazəsi əsasında bu işi həyata keçirmələri tələb olunur. Amma, "REGAL” MTK nümayəndələri ərazidə yerləşən əksər mülk sahiblərini aldadaraq, məcburiyət qarşısında qoyaraq mənzillərindən çıxarıb. Hazırda o mənzillərin yerində hündürmərtəbəli bina tikirlər”.

A.Ağayev sonda onu da qeyd edib ki, atası ikinci qurup Qarabağ əlilidir. Özü və qardaşı isə polis veteranıdır: "Atam və övladları hər zaman Vətənə, millətə, dövlətə bağlı olan şəxslərdir. "REGAL” MTK nümayəndələri Qarabağ döyüşçüsü olan atamın xahişini və tələbini heçə sayır və bu cür qeyri-qanuni əməllərini davam etdirirlər. Ümid edirik ki, onlar bu çirkin əməllərindən geri çəkiləcəklər”.

 Share


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}