Əlillik təyinatı üçün əsassız göndərişlər aşkarlanır

 

Bu ilin üçüncü rübündə əlillik dərəcəsi alanların sayı azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən virtualaz.org-a bildiriblər ki, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların (SİMU) sayında da ilin ilk rübünə nisbətən 61,3 faiz azalma olub. İkinci rüb ilə müqayisədə isə əlillik təyinatında azalma 20 faiz təşkil edib.

O cümlədən, ilkin olaraq I qrup üzrə əlillik təyinatlarında 75,8 faiz, II qrup üzrə 62,3 faiz, III qrup üzrə 51,9 faiz, SİMU üzrə 55 faiz azalma qeydə alınıb.

Nazirlikdən qeyd ediblər ki, yanlış əlillik təyinatlarının və əlillik təyinatı üçün əsassız göndərişlərin aşkar olunaraq ləğv edilməsi nəticəsində əlilliyin artım tempi bu il əhəmiyyətli şəkildə azalıb.

Ü.Xudiyeva




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}