3 uşaq anası Xoşqədəmin verilişinin eksperti, neyrocərrah Əliosman Qədimbəyli haqda nələr dedi? - Fotolar

3 uşaq anası Xoşqədəmin verilişinin eksperti, neyrocərrah Əliosman Qədimbəyli haqda nələr dedi? - Fotolar

 

48 yaşlı Ağdaş rayon sakini Zərifə Hacıyeva on ilə yaxın səhhəti ilə bağlı çox əziyyət çəkib. Maddi durumun aşağı olması üç uşaq anasını kəskin ağrılara düçar edir. Əllərin uyuşması ilə başlayan və ağrıları getdikcə artan, əllərin fəaliyyətini itirən ana son çarəni ümid qapısı hesab etdiyi Xoşqədəm Hidayətqızında tapıb. Ancaq bunadək dar düşüncəli insanların dedikləri sözlər Zərifə xanımı inamsızlığa salmışdı. Kömək etməzlər deyə bir inamsızlıq vardı içində.

Axşam.az-a müraciət edən Zərifə Hacıyevə deyir:

"Dəfələrlə müalicə və müayinə olunmuşam. Hətta köməklik göstərib İran İslam Respublikasına aparıblar. Yalnız orda mənə əməliyyatın çox riskli olduğunu dedilər. Mən ehtiyat edərək, geri döndüm. Əllərimdəki uyuşma, keyləşmə, barmaq və əllərimdə olan ağrıdan gecələr yata bilmirdim. Dəfələrlə osteoxondroz xəstəliyi adı ilə səhv müalicələr almışdım. Mən Xoşqədəm xanımın verilişində Əliosman Qədimbəylini gördüm. İçimdə bir inam yarandı ki, o, məni sağaldar. Ona görə də Əliosman həkimin yanına getdim”.

Z.Hacıyeva çoxsaylı müayinədən keçir. Nəticədə məlum olur ki, onun əlində ağır dərəcədə "Karpul tunel" sindromu var. Mütləq əməliyyat olunmalıdır. Lakin Z.Hacıyevanın buna imkanı olmadığından Xoşqədəm Hidayətqızının xahişi ilə Əliosman həkim bu əməliyyatı klinikanın rəhbərliyinin dəstəyi ilə təmannasız həyata keçirir. Əməliyyat olunan ananın gözlərindəki sevinc, üzündəki gülüş dünyaya bədəldir.

 


Zərifə Hacıyeva etiraf edir: 

"İnana bilmirdim ki, 10 ildir çəkdiyim bu ağrı-acı keçəcək. Artıq əlim uyuşmur, ağrım yoxdur. Çox xoşbəxtəm. İçimdə olan inam məni yanıltmadı. Əliosman həkimə minnətdaram ki, məni həyata qaytardı, xilas etdi. Əməliyyatım 10 dəqiqə, oyanıq şəkildə həkimimlə danışa-danışa keçdi. Mikrocərrahi deyilən üsulla məni sağlamlığıma qovuşdurdu. Xoşqədəm Hidayətqızına vasitəçi olduğu, "Medera” klinikasının direktoru Lalə xanıma dəstəkləri üçün təşəkkür edirəm.  Çox sevinirəm ki, Əliosman həkim kimi savadlı və yüksək insani keyfiyyətə malik həkimimiz var”.

 

 
 
 
 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}