İŞİD-çilər təkbaşına səyahətə çıxan qızları "Allahın düşməni" adlandırıb, başlarını kəsdilər - VİDEO/FOTO

İŞİD-çilər təkbaşına səyahətə çıxan qızları "Allahın düşməni" adlandırıb, başlarını kəsdilər - VİDEO/FOTO

 

Şimali Afrikaya səyahətə çıxan qızların öldürülməsi ilə bağlı yeni məlumatlar əldə edilib.

Sozcu.info  xəbər verir ki, qızları öldürən şəxslər İŞİD terrorçularıdır.

Mərakeşə səyahətə gedən qızlar İŞİD terrorçularının qurbanı olublar. Terrorçulardan biri qızın başını kəsdiyi anı videoya çəkib, sosial şəbəkələrdə yayıb.

Terrorçular skandinaviyalı qızları "Allahın düşməni" adlandırıb, videoda bunu "Allahın rizasıyla edirik" deyiblər.

Danimarka kəşfiyyatının məlumatına görə, sosial şəbəkədə başı kəsilərkən videosu çəkilib yayılan qız onların ölkə vətəndaşıdır və bildirilib ki, qətl hadisəsi İŞİD-lə əlaqəlidir.

Terrorçular videoda "Bu, Suriya üçündür, Allahın istəyi ilə" kimi sözlər işlədiblər.

Ötən gün cinayəti törədən şübhəlilərlə bağlı yeni video yayılıb. Onlar videoda Mərakeş kəşfiyyatını ələ salıb, Suriyada "xaçlılar" tərəfindən həyata keçirilən qırğınları qınayıblar.

Hadisə ilə bağlı 3 nəfər saxlanılsa da, bu gün 4-cü şübhəli də tutulub. Onların 3-ü də ekstremistlərdir.

Qeyd edək ki, bir neçə gün əvvəl Mərakeşə yollanan iki qızın başı kəsilib. Turistlərdən biri Danimarkadan, digəri isə Norveçdəndir. Mərakeşin İmlil kəndinə yürüş edən 24 yaşlı Louisa Jespersen ilə 28 yaşlı Maren Ueland-in cəsədi meşəlik ərazidəki çadırdan tapılıb. Qızı öldürənlərdən biri bilmədən şəxsiyyət vəsiqəsini hadisə yerində düşürüb. Vəsiqə sayəsində şübhəlilər tutulublar.



 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}