Bakıda son istifadə tarixi 30 fevralda bitəcək qaymaq satılır - RƏSMİ MÜNASİBƏT

Bakıda son istifadə tarixi 30 fevralda bitəcək qaymaq satılır - RƏSMİ MÜNASİBƏT

 

Sosial şəbəkələrdə yerli istehsal olan qaymağın üzərində son istifadə müddətinin 30 fevral olduğunu göstərən fotoşəkil paylaşılıb.

Sozcu.info xəbər verir ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) informasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini Aysel Fərziyeva azvision.az-a bildirib ki, artıq bununla əlaqədar araşdırmalara başlanılıb.

"Qaymağın üzərində son istifadə tarixinin 30.02.2019-cu il qeyd edilməsi ilə bağlı məlumat Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mediadan götürülərək araşdırılması üçün Agentliyin müvafiq şöbələrinə yönləndirilib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda qida məhsulunun adı, istehsal tarixi, istehsal partiyası, istehsalçı şirkət məlumatları ilə bağlı agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər",- qurum rəsmisi vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}