“Enerji içkilərinin arxasında...” - Dövlətin qərarına kimlər təzyiq göstərir?

“Enerji içkilərinin arxasında...” - Dövlətin qərarına kimlər təzyiq göstərir?

 

Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra spirtli içkilərlə birgə enerji içkilərinin də qiymətləri artsa da, onlara aksiz vergisinin tətbiq edilməsi bir qədər ləngiyir.

 
 

Bu səbəbdən ən azı 100 faiz bahalaşan enerji içkiləri əvvəlki qiymətə satılmağa başlayıb.

Bu isə bir sıra şübhələrə yol açır. Aydın məsələdir ki, enerji içkilərinin ölkəyə gətirilməsi və satışı ilə məşğul olan şəxslər sıradan biriləri deyil. Belə olan halda maraqlı sual ortaya çıxır. Görəsən, Nazirlər Kabinetinin enerji şirkətlərinə gücü çatmadı?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu sahədə güclü lobbiçilik var. O, sözügedən qərarla bağlı ciddi təzyiq olduğunu qeyd edib:

"Fevral ayında da bu qərar uzadılsa və yaxud da ləğv edilsə, deməli, burada ciddi maraqlar toqquşur. Bu isə güclü lobbiçiliyin olduğunu deməyə əsas verir. Belə olan halda dövlət tərəfindən verilən qərarın hansısa maraqlar çərçivəsində ləğv edilməsindən danışmaq mümkün olacaq. Fevral ayına bir şey qalmayıb. Biz növbəti ayda dövlət qərarlarına təsir edən gücün olub-olmadığını görəcəyik. Hələlik texniki məsələlərə görə ertələnmənin olduğu bildirilir. Amma əsl səbəblərini bilmək daha maraqlı olardı. Düşünürəm ki, bu qərarla bağlı ciddi təzyiq var. Bəzi insanlar enerji içkilərini ölkəyə gətirməkdə maraqlıdır. Bu marağın hansı səviyyədə təmin olunacağını fevralda görəcəyik”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}