General Vilayət Eyvazov İsmail Çataklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü –Müzakirə + FOTO

General Vilayət Eyvazov İsmail Çataklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü –Müzakirə + FOTO

 

Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov ölkədə səfərdə olan Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını qonaqlara çatdıran Vilayət Eyvazov DİN-nin funksional vəzifələri və fəaliyyət istiqamətləri, həyata keçirilən fəal hüquq mühafizə siyasəti, cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizənin vəziyyəti, mövcud kriminogen durum barədə onlara məlumat verib.

Qeyd olunub ki, əməliyyat şəraitinin tam nəzarətə götürülməsi ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin, xarici investorların, o cümlədən türk iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına, respublikamızda təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb.

Polis general-leytenantı Vilayət Eyvazov cənab İsmail Çataklının Azərbaycana ilk rəsmi səfərinin iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın, qarşılıqlı faydalı işbirliyinin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər nazirinin müavini respublikamıza ilk səfərindən, ölkəmizin sürətli inkişafından, sabitlikdən, əmin-amanlıqdan, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı işbirliyinin daha da genişlənməsinə bundan sonra da səy göstərəcəyini ifadə edib .

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Qəbulda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}