İsrail 10 ildən sonra tamamilə elektromobillərə keçəcək: artıq 2000 ədəd enerjidoldurma stantiyası tikilib

İsrail 10 ildən sonra tamamilə elektromobillərə keçəcək: artıq 2000 ədəd enerjidoldurma stantiyası tikilib

 

Ölkə benzin, dizel və kömürdən tamamilə imtina eləmək niyyətindədir

Sozcu.info xəbər verir ki, 2030-cu ildən sonra İsraildə benzinlə işləyən avtomobil almaq mümkün olmayacaq. Yanacaqla işləyən bütün avtomobillər elektromobillərlə əvəz olunacaq. Ölkənin energetika naziri Yuval Ştaynnitsa bildirib ki, dövlət elektromobillərə keçidi stumullaşdırmaq üçün bu tip nəqliyyat vasitələrinə qoyulan verginin həcmini sıfıra endirmək niyyətindədir. Beləliklə elektromobillər yanacaqla işləyən adi avtomobillərdən xeyli ucuz başa gələcək. Nazir söyləyib ki, hökumət nəqliyyatın yeni növünə problemsiz xidmət edə biləcək gələcək infrastrukturun qurulmasını fəal şəkildə dəstəkləyir: "Ölkədə enerjidoldurma stansiyalarının tikintisi fəal şəkildə aparılır. Hazırda 2000-dən artıq bu cür yeni qurğu tikilib”.

Elektromobillərə keçid İsrailin benzin, dizel, həmçinin kömür yanacağından tamamilə imtina eləmək kimi irimiqyaslı planının bir hissəsidir. Son illərdə ölkədə nəhəng təbii qaz ehtiyatları aşkara çıxarılıb. Buna görə də İsrail öz elektrostansiyalarının yeni yanacaq növü ilə modernləşdirilməsinə başlayıb.

Ölkədə təmiz ekoloji şəraitin yaradılması planı BMT-nin iqlim dəyişiklikləri barəsindəki hesabatından sonra səsləndirilib. Həmin hesabatda qlobal iqlim dəyişikliklərindən, insanın bu dəyişiklikdəki rolundan, həmçinin, dünya enerji sektorundakı vəziyyətin dəyişilməyəcəyi təqdirdə yaranacaq kədərli perspektivdən danışılıb.

Ştaynits bəyan edib ki, ölkə üçün keçid məqamı təqribən 2025-ci ildə gələcək. Ekspertlərin proqnozlarına görə, həmin dövrdə artıq İsrail yollarında 177 000 ədədə yaxın elektromobil şütüyəcəkdir. İndiki rəqəmlər xeyli kiçikdir. Statistikaya görə, hazırda ölkədə olan elektromobillərin sayı onlarladır.

2025-ci ildən sonra elektromobil sahibi olmaq xeyli asan olacaq və ucuz başa gələcək. 2030-cu ildən sonra nəqliyyatın bu növünün sayının 1,5 milyona qədər artacağı proqnozlaşdırılır.

Nazir deyib: "2030-cu ildən sonra heç kimin İsrailə benzin və dizel ilə işləyən avtomobilləri idxal eləməsinə icazə verməyəcəyik”.

Bütün yeni avtomobillər elektrik enerjisi ilə işləyəcək. İctimai və yükdaşıma nəqliyyatı isə ya elektriklə, ya da sıxılmış təbii qazla işləyəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}