Satışa çıxarılan sosial mənzillər ilk 10 saniyədə satılıb? – NARAZILIQ (VİDEO)


Satışa çıxarılan sosial mənzillər ilk 10 saniyədə satılıb? – NARAZILIQ (VİDEO)

 

Bu gün saat 11-də Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial mənzillərin satışı baş tutub. Agentlikdən hələ rəsmi açıqlama olmasa da, mənzilə iddia edənlər bildirir ki, satışa çıxarılan 174 mənzil bir neçə saniyəyə satılıb. Fed.az MİDA-nın internet səhifəsində yazılan rəylərə istinadən bildirir ki, bu qısa müddətdə mənzil alanlar da olub və onlar bununla bağlı məlumatı bölüşüblər. Əksəriyyət isə sistemin yaxşı işləməməsindən və mənzil almağı çatdıra bilməmələrindən narazılıq edib.

Ümumilikdə isə istifadəçilərin əksəriyyəti bildirir ki, artıq 10-cu saniyədə evlərin alınması prosesi bitib. İstifadəçilərdən biri hətta bunnula bağlı videonu da paylaşıb. Videodan da görünür ki, artıq 10-cu saniyədə bütün mənzillər seçilib. İş o yerə çatıb ki, bəzi istifadəçilər sistemin əvvəlkindən yaxşı işlədiyini və mənzil aldıqlarını bildirdikdə, digər istifadəçilər onları saxtakarlıqda ittiham etməyə başlayıblar. Bəzi istifadəçilər hətta ev alan istifadəçilərdən ev almadarı barədə bildirişi bölüşməyi istəyiblər ki, belə müsbət rəylərin doğrudan yazıldıqlarına əmin olsunlar. «Əgər doğrudan da ev ala bilmisinizsə, bildirişi mənimlə də bölüşün deyə» bir neçə istifadəçi bildirib.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzil, ümumilikdə 174 mənzil bu gün saat 11.00-da satışa çıxarılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}