Nişanlısından halallıq alıb yoxa çıxan Aynurə görün haradan tapıldı - FOTOLAR

Nişanlısından halallıq alıb yoxa çıxan Aynurə görün haradan tapıldı - FOTOLAR

 

Təxminən bir ay öncə nişanlısına "Haqqını halal et" yazaraq yoxa çıxan İsmayıllı sakini Aynurə Balayeva adlı qız tapılıb.

Sozcu.info  xəbər verir ki, 22 yaşlı Aynurənin Bakıda bir qrup qızla bir evdə yaşadığı məlum olub.

"Səni axtarıram"da Xoşqədəm Hidayətqızı nişanlı qızın tapıldığı xəbərini bu sözlərlə ifadə edib:

"Bakıya gəlib, iki qız ilə birgə qalırmış. Qaldıqları evdə televizor olmur. Evdəki qızlara deyir ki, "Evdə atam, anam, qardaşım razıdırlar. Mən Bakıya gəlmişəm işləməyə". Qızlar da onun kimi Namaz qılan, Oruc tutan olurlar. Qızlar Aynurəyə onlarla qalmağa razılıq verirlər. Bir gün qızlar Youtube-da baxırlar ki, Xoşqədəm Aynurəni axtarır".

Verilişə gələn Aynurənin qardaşı hadisənin təfərrüatı ilə bağlı bunları deyib:

"Qızlar Aynurəyə deyiblər ki, "Bəs bizə deyirsən səni axtarmırlar?". Sağ olsun o qızlar. Demək olar ki, bir aya yaxın onlar Aynurəyə sahib çıxdılar. Onlarla gedib görüşəcəm".

Qeyd edək ki, Aynurənin evdən qaçmağının əsas səbəbi kimi, nişanlandığı oğlana ərə getmək istəməsi göstərilib. 2016-cı ildən ibadətlə məşğul olduğu deyilən Aynurə, evdən gedərkən hicabda olub.

Nişanlısından halallıq alıb yoxa çıxan Aynurə görün haradan tapıldı - FOTONişanlısından halallıq alıb yoxa çıxan Aynurə görün haradan tapıldı - FOTO

Nişanlısından halallıq alıb yoxa çıxan Aynurə görün haradan tapıldı - FOTO



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}