Çeçen-azərbaycanlı insidentinin arxasında kimlər var? - TƏHLİL

Çeçen-azərbaycanlı insidentinin arxasında kimlər var? - TƏHLİL

 

Moskvada bir qrup çeçenin azərbaycanlılara hücumu nəticəsində baş verən kriminal insident rəsmilərin müdaxiləsi ilə böyümədən sakitləşdi. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hadisəyə dərhal reaksiya verdi və bəyan etdi ki, "Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz”.


Çeçenistan tərəfi də mətbuat və informasiya naziri Cambulat Umarovun şəxsində Əli Həsənovun bəyanatına dəstək verdi və baş verənlərdən təəssüfləndiklərini qeyd etdi.

Hər iki tərəf məişət zəminində baş verən hadisədən kimlərinsə iki xalqın dostluğuna xələl gətirmək üçün istifadə edə biləcəyi təhlükəsini gözəl anlayır. Buna görə də hadisədən dərhal sonra Moskvadakı Azərbaycan və çeçen icmalarının nümayəndələri bir araya gəldilər və problem həll olundu.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}