Vladimir Zelenskinin GİZLİNLƏRİ - Prezidentliyə gedən yol

Vladimir Zelenskinin GİZLİNLƏRİ - Prezidentliyə gedən yol

 

Teleaparıcı, şoumen və aktyor Vladimir Aleksandroviç Zelenski Ukraynada keçirilən növbəti Prezident seçkilərinin ikinci turunda qalib oldu.

O, böyük səs çoxluğu ilə ondan əvvəlki prezident Petro Poroşenkonu məğlub etdi. Növbəti turda protokolların 66,74%-in hesablanmasından sonra 73,04% səslə Vladimir Zelenski liderdir, Petro Poroşenko isə 24,63% səs toplayıb.

Teleaparıcı, şoumen və aktyor Vladimir Aleksandroviç Zelenski Ukraynada keçirilən növbəti Prezident seçkilərinin ikinci turunda qalib oldu. O, böyük səs çoxluğu ilə ondan əvvəlki prezident Petro Poroşenkonu məğlub etdi.

Növbəti turda protokolların 66,74%-in hesablanmasından sonra 73,04% səslə Vladimir Zelenski liderdir, Petro Poroşenko isə 24,63% səs toplayıb.

Seçki ərəfəsində eksitpolun nəticələrinə görə, bu namizədin 21 faiz reytinq topladığı bəlli oldu. Onun digər rəqibləri – Pyotr Poroshenko və Yuliya Timoşenko isə 5-6% geridə qalırdı.

Real seçkidə sosioloji sorğuların nəticələri özünü doğrultdu və Zelenski Ukraynanın birinci şəxsidir.

Bioqrafiya

Vladimir Zelenski 1978-ci il yanvarın 25-də Ukraynanın Krivoy Roq şəhərində doğulub. Atası texnika elmləri doktoru, ali məktəb müəllimi, anası evdar qadındır.

Vladimir orta məktəbin 1-ci sinfini atasının işlədiyi Monqolustanda bitirib, sonra Krivoy Roqda ingilis dili təmayüllü gimnaziyada təhsil alıb.

Orta məktəbdə dərnək tamaşalarında fəal iştirakı, yerli ansamblda gitara çalması ilə fərqlənib, orada şən və hazırcavablar klubu yaradıb, şəhərin analoji klubunda çıxış edib. Bir müddət hətta baletə də gedib. Bu isə bir çox mənbələrdə göstərilmir.

Vladimir Zelenski Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirib, ancaq universitetdən sonra yalnız 2 ay müddətinə öz ixtisası üzrə işləyib.

1997-ci ildə "95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub. Komandanın kapitanı olmaqla yanaşı bir çox səhnəciklərin ssenarisini özü yazırdı.

2003-cü ildən Ukraynanın "1+1” telekanalı ilə əməkdaşlıq edib, kulinar şounun aparıcısı kimi ad çıxarıb.

Vladimir Zelenski 2005-ci ildən "İnter” telekanalında axşam şousuna müəlliflik edib, məşhurlaşaraq müxtəlif tamaşalarda, filmlərdə rollar alıb. Əsas layihəsi "Axşam rübündə” olub.

Digər layihələri: "Mübarizə klubu”, "Cənab Cook”, "Ukraynada İlin mahnısı”, "Ofis romantikası”, "Fort Boyard”, "Ulduzlarla rəqs etmək”, "XƏBƏRLƏR”, "A-faktor”, "Gülüş liqası”.2006-cı ildə "Ulduzlarla rəqs -1” layihəsinin Ukrayna versiyasındakı iştirakdan sonra ölkə efirində ən çox adı hallanan istedadlı gənclərdən olub.

2008-ci ildə eyni studiyada "Studio Quarter-95”in əsasında çəkilən "Böyük şəhərdə sevgi” tammetrajlı filmində və 2010-cu ildə "Böyük şəhərdə sevgilim 2” adlı komediyada diş həkimi İqor rolunda çıxış edib.2011-ci ildə Vladimir Zelenski "X-Factor” – "Factor A” şousunun rus versiyasında Filipp Kirkorovla birgə ev sahibi olub.2013-cü ildə "Хочу "V ВИА Гру” adlı musiqi şousunu aparıb. Eyni zamanda 2012-ci ildə "8 illik tarix” filminə də çəkilib.Ötən il 40 yaşını qeyd edən Ukrayna Prezidentinin boyu 170 sm, çəkisi isə 63 kiloqramdır.

 

Zelenski 2003-cü ildə məktəb yoldaşı, məşhur "Studio Quarter 95” filminin müəllifi Elena Vladimirovna ilə ailə qurub.

Cütlüyün Aleksandra adında 15 yaşlı qızı və Kirill adında 6 yaşlı oğlu var.

Yeni prezidentin varidatı

Zelenskinin Ukrayna və Latviya banklarında 434 min dollar və 1,2 milyon qriven miqdarında pulu var. Bu onun rəsmi bəyan etdiyi sərvətidir. Amma onu yaxından tanıyanlar bildirirlər ki, ümumi pulu bu rəqəmlərdən bir az da artıqdır. O, İvankovits kəndində 814,8 min qriven (29,3 min dollar) dəyərində evə, 702,2 min qriven (25,2 min dollar) dəyərində 1200 kvadrat metrlik torpaq sahəsinə, Kiyevdə 4, Yaltada isə 1 mənzilə sahibdir.

Bundan başqa, Zelenski 4,7 milyon qrivenlik "Land Rover” avtomobilinə sahibdir. Şoumen "Studiya Kvartal-95” şirkətinə rəhbərlik edir.

İllər öncə çəkildiyi məşhur "Sluqa naroda2” filmində canlandırdığı Ukrayna Prezidenti obrazının real həyatda möhrünü vurması Zelenskinin həyatında yaddaqalan məqamlardan biri olacaq…

Prezident kimi ilk çıxışı…

Zelenski nəticələr elan edildikdən sonra xalq qarşına çıxaraq ona etimad göstərən bütün seçicilərinə minnətdarlığını bildirib.

Çıxışı zamanı yalnız xalqın maraqlarına xidmət edəcəyini söyləyib. O, ilk çıxışı zamanı kadr islahatlarının həyata keçiriləcəyini, Rusiyada həbsdə saxlanılan dənizçilərin vətənə qaytarılacağını deyib.

Həmçinin vurğulayıb ki, siyasətdən getməyəcək, Ukrayna üçün mübarizəni davam etdirəcək.

Zelenski Azərbaycanda…

Ukraynanın yeni dövlət başçısı bir neçə il öncə Azərbaycanda da səfərdə olub.

Onun Azərbaycanın KVN-çiləri Tahir, Cabir İmanov qardaşları ilə yaxın münasibətlərinin olduğu bildirilir.

Zelenski Azərbaycanda iki dəfə səfərə gəlib. 2017-ci ildə tanışlıq xarakterli, ikincisi isə yanvarda qastrol məqsədilə olub.

Qəbələdə keçirilən 12-ci Beynəlxalq "Veselo” Yumor və Musiqi Festivalının musiqili qonaqlarından olan Vladimir Zelenski öz komandası ilə tamaşaçıların qarşısına çıxıb.

Festival çərçivəsində təəssüratlarını bölüşən şoumen Qəbələnin gözəl təbiəti olduğunu və oranı çox sevdiyini bildirib.

Bakıda da "Kvartal-95” yumor qrupunun üzvləri ilə birgə konsertlə çıxış etmək istədiyini bildirən Vladimir Zelenski Azərbaycanda komediya janrında film çəkmək arzusunu söyləyib.

Ölkəmizə səfər çərçivəsində o, Qobustanda qayaüstü rəsmləri də ziyarət edərək, sosial şəbəkələrdə paylaşıb. /Lent.az/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}