Kərəm Məmmədovu Gürcüstana buraxmayıblar-SƏNƏD

 

Kərəm Məmmədovu Gürcüstana buraxmayıblar-SƏNƏD

Tarixçi-alim, antropoloq, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədovu növbəti dəfə Gürcüstana buraxmayıblar. Əslən Dmanisi (Başkeçid) rayonun Gəyliyən kəndindən olan tarixçi-alim bir neçə gün öncə ailəsi ilə birlikdə doğulduğu kəndə getmək istəyib. Lakin Azərbaycan-Gürcüstan sərhəddində gürcü sərhədçilər alimin guya Gürcüstan qanunvericiliyinə uyğun olmayan fəaliyyət göstərdiyindən "arzuolunmaz şəxs” elan olması səbəbi ilə Gürcüstana girişinə yasaq qoyulduğunu bildiriblər.

Qeyd edək ki, tarixçi alimə qarşı Gürcüstan rəsmilərinin tətbiq etdiyi bu sanksiya ilk deyil. İnişil də Kərəm Məmmədova qarşı belə bir sanksiya tətbiq edilmişdi. Ancaq bu ilin mart və aprel aylarlında bu sanksiya götürülmüş və Kərəm Məmmədov anasının dəfnində və 40 mərasimində iştirak edə bilmişdi. İndi isə yenidən tarixçi alimə doğulduğu yurda getmək qadağan edilib. Gürcüstan rəsmiləri atdıqları bu addımları Gürcüstan qanunvericiliyinin dəqiq bəndi ilə ifadə edə bilmədiklərindən ümumu "digər səbəblər” yazmışlar. Tarixçi alim Kərəm Məmmədovun doğma yurduna getməkdən məhrum edilməsi, ürək çatışmazlığından əziyyət çəkən alimə qarşı atılmış qeyri- humanist olduğu kimi, həm də qanunsuzdur. Gürcüstan hökumətinin siyasi motivlərlə hərəkət etdiyi, son zamanlar "Keşikçidağ” ətrafında yaranmış qalmaqalla bağlı əslən Gürcüstandan olan nüfuzlu ziyalılara qarşı qadağalar tətbiq etdiyi aydın görünməkdədir. Gürcüstan hakimiyyəti orqanlarının Kərəm Məmmədov kimi əslən Gürcüstandan olan nüfuzlu ziyalılara qarşı qadağalar tətbiq etməsi iki qonşu və starteji tərəfdaş ölkə arasında olan münasibətlərin inkişafına xidmət etmir. Buna görə Gürcüstan hakimiyyətini belə yanlış addımlara son qoymağa çağırırıq.

P.S. Bu hadisədən sonra Kərəm Məmmədovla əlaqə saxladıq.

Bu hadisədən sonra tarixçi-alim kəskin ürək çatışmazlığı ilə bağlı hazırda müalicə aldığından və suallarımıza cavab verə bilmədiyinə təəssüflənərək, həm bizə geniş müsahibə verəcəyini, həm də beynəlxalq qurumlara, o cümlədən Avropa İnsan Haqları Komitəsinə müraciət edəyəcəyini bildirdi.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti

 

 

Kərəm Məmmədovu Gürcüstana buraxmayıblar-SƏNƏD

Kərəm Məmmədovu Gürcüstana buraxmayıblar-SƏNƏD

 


 



 


 


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}