Rafiq Quliyev kimlərə mane olur?


 

Rafiq Quliyev kimlərə mane olur?

 

Razim Məmmədovun 12 illik icra başçılığı ötən ilin dekabrında başa çatdıqdan sonra paytaxtın əhalsinin sayına görə ən böyük rayonu olan Xətai rayonun sosial-ictimai həyatında yeni mərhələ başladı. Razim Məmmədovdan sonra Xətai rayonuna bu günə kimi icra başçısı təyin edilməsə də, icra başçısının səlahiyyətlərinin icrası həvalə edilmiş birinci müavin Rafiq Quliyev üzərinə qoyulmuş vəzifənin öhdəsindən uğurla gəlib.

İlk olaraq onu qeyd etmək lazımdır ki, Razim Məmmədovun 12 illik rəhbərliyi dövründə Xətai rayonunda vəzifələrə təyinatda qohumbazlıq,yerlibazlıq kimi bədnam ənənəyə son qoyulub. İndi hər kəs üçün bərabər imkanlar yaradılıb. İndi daha büdcə vəsaitləri icra başçısının yaxın qohumları tərəfindən mənimsənilmir. Əksinə, büdcə vəsaitləri və rayonun daxili imkanları təyinatı üzrə, Xətai rayonun abadlaşdırılması və vətəndaşların rifah halının yüksəldilməsinə yönəldilir. Bunun nəticəsində qısa müddətdə, təxminən doqquz ay ərzində Xətai rayonun siması kifayət qədər dəyişib. Çox təəssüf ki, əlimizdə Xətai rayonun doqquz ay əvvəlki vəziyyətini əks etdirən görüntülər yoxdur. Əgər həmin görüntülər olsaydı, bu gün doqquz ay ərzində Xətai rayonun simasının nə qədər dəyişdiyini əyani vasitələrlə sübut edə bilərdik. Ancaq Xətai rayonun sakinləri, bu rayona yolu tez-tez düşən paytaxt sakinləri həmin dəyişikliklərin canlı şahidləridir. Doqquz ay ərzində Xətai rayonun boz simasın göz oxşayan yaşıllıq əvəz edib. Çox qısa müddət ərzində Xətai rayonun əksər bağ və parklarında yaşıllıqlar salınıb.

Razim Məmmədovdan sonra Xətai rayon sakinləri yerli icra strukturları tərəfindən əhaliyyə göstərilən xidmətlərin səviyyəsi də yüksəlib. İndi hər kəs bilir ki, Razim Məmmədov vəzifə başında olanda Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi icra başçsısının yaxın qohumlarının nəzarəti altında olduğu üçün vətəndaşalara xidmət əvəzinə, büdcə vəsaitlərinin mənimsənilməsi və rüşvətxorluqla məşğul olurdular. Razim Məmmədovun 12 illik icra başçılığı dövründə rüşvət hesabına Xətai rayonunda qanunsuz tikililər normaya çevrilmişdi. Məhz buna görə, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatı əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. İndi həmin ənənəyə də son qoyulub.

Razim Məmmədovdan sonra Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin fəaliyyətində də ciddi irəliləyiş müşahidə olunmağa başlayıb. Çünki icra başçısının səlahiyyətlərini icra edən Rafiq Quliyev Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyin yaxın qohumlarının qazanc mənbəyinə çevirməyib, onlardan təyinatına uyğun olaraq vətəndaşlara xidmət etməyi tələb edib.

Ancaq görünür bütün bunlar kimisə narahat edir və onlar Xətai rayon icra hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Rafiq Quliyevi hədəf alamağa başlayıblar. Yenə kimlərsə Xətai rayonu döqquz ay əvvələ, qohumbazlıq və rüşvətxorluğun hökm sürdüyü dövrə qaytarmağa çalışır. Rafiq Quliyevi hədəf almaqla suyu bulandırma və bununlada özlərinin çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.

Xətai rayonuna kimin başçı olması müstəsna olaraq prezidentin konstitusion səlahiyyətlərinə daxildir. Ancaq keçdiyi həyat yolu və doqquz ay ərzində Xətai rayonunda həyata keçirilən ciddi dəyişikliklər rayon sakinlərinin rəyinin Rafiq Quliyevin icra başçısı təyin olunmağından yanadır. Xətai rayon sakinləri görülən işlərin davam etdirilməsi ilə yanaşı, qısa müddət ərzində bərqərar edilmiş sağlam mühitin qorunub saxlanılmasını istəyirlər. Ancaq belə görünür ki, kimlərsə bunun tam əksində maraqlıdırlar. Həmin şəxslər Rafiq Quliyevi gözdən salmaq üçün böhtandan çəkinmir, kiçik problemləri şişirməyə çalışırlar. Bu işlərin kimlər tərəfindən görülməsi ilə bağlı isə araşdırmalarımız davam edir. Xətai raynunda suyu kimlərin bulandırmağa çalışdığını müəyyən edib, üzə çıxarmağa və onların fəaliyyətinə qiymət verilməsinə nail olmağa çalışacağıq.

Azad Aydın,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}