Prezidentin müşaviri “Taliban”a səsləndi:"7 maddəlik plan var, əməliyyatları bir ay dayandırın"

Prezidentin müşaviri “Taliban”a səsləndi:"7 maddəlik plan var, əməliyyatları bir ay dayandırın"

 

Əfqanıstan hakimiyyəti "Taliban” hərəkatını münaqişənin dinc yolla nizamlanması üzrə danışıqların davam etməsi üçün hərbi əməliyyatları bir ay dayandırmağa çağırıb.

Bu barədə Əfqanıstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Həmdullah Mohib bildirib.

Onun sözlərinə görə, "Taliban” hərəkatı hərbi əməliyyatları dayandırmaqla, səhra komandirlərinə tam nəzarət etdiyini sübut edə bilər.

Həmdullah Mohib, həmçinin Əfqanıstan hökumətinin ABŞ, NATO, "Taliban” hərəkatı və Pakistanla danışıqları da nəzərdə tutan dinc nizamlanmaya dair yeddi maddəlik plan hazırladığını deyib.

Xatırladaq ki, 2018-ci ilin payızında ABŞ "Taliban” hərəkatı ilə sülh danışıqlarına başlayıb. Rəsmi Kabil danışıqlardan kənarda qalıb və yalnız onun nəticələr barədə məlumatlandırılıb. Tərəflər Amerika qoşunlarının Əfqanıstandan tam çıxarılması və ölkə ərazisinin ABŞ və digər dövlətlərə hücum üçün istifadə olunmayacağı barədə zəmanət verilməsi, ümumi atəşkəs və Əfqanıstandakı qüvvələr arasında dialoqun keçirilməsi məsələləri barədə razılığa gəlib. ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi danışıqların doqquz raundunun nəticələrinə əsasən bu ilin sentyabrında taliblərlə sülh haqqında prinsipial razılıq əldə olunduğunu təsdiqləyib. Lakin sonradan ABŞ Prezidenti Donald Tramp əfqanıstanlı həmkarı Əşrəf Qani ilə "Taliban” liderləri arasında Kemp-Deviddəki iqamətgahında məxfi hazırlanan görüşün ləğv olunduğunu elan edib/Azərtac.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}