“Test üsulunun gətirilməsində mən də iştirak etmişəm” - MİSİR MƏRDANOV

“Test üsulunun gətirilməsində mən də iştirak etmişəm” - MİSİR MƏRDANOV

 

"Bu proseslərdə mən də iştirak etmişəm. Demirəm ki, test üsulunu mən gətirmişəm. Hamının orada böyük əməyi olub”.

Sozcu.info  xəbər verir ki, bu sözləri AzEdu.az-a müsahibəsində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru,Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyib.

Müsahibədə bir çox mətləblərə toxunan Misir Mərdanov TQDK-ın ilk sədri mərhum Vurğun Əyyubla bağlı xatirələrini də yada salaraq, test üsulunun Azərbaycana gətirilməsindən söz açıb:

"Heç kəs üzərinə götürməməlidir ki, test üsulunu Azərbaycana mən gətirmişəm. Düşünürəm ki, hər kəs bu məsələni bir istiqamətə çəkmək istəyir. Bu, sadəcə,  zamanın tələbi idi. Heç kəs üzərinə götürməməlidir ki, test üsulunu Azərbaycana mən gətirmişəm.

O vaxt mən Təhsil Nazirinin müavini işləyirdim və Türkiyə ilə geniş əlaqələrimiz var idi. Mən  Firudin Cəlilovla üzbəüz otaqlarda otururdum. O zaman Firudin müəllim  də Təhsil Nazirinin müavini işləyirdi. Sona Baş Nazirin müavini vəzifəsini icra etməyə başladı və qısa müddət sonra isə Təhsil Naziri vəzifəsinə təyin olundu. Mən də həmin vaxt Təhsil Nazirinin müavini işləyirdim.

Qərar verildi  ki, qəbul  imtahanları test üsulu ilə həyata keçirilsin. Hakimiyyətə təzə gələn insanları isə heç kim tanımırdı. Hətta Azərbaycanda belə onları tanımırdılar. Mənim Türkiyənin Təhsil Nazirliyi ilə çox yaxın münasibətlərim var idi. Mən, Vurğun Əyyub və Zakir Hüseynov   2 dəfə Türkiyəyə getdik. Biz cavab kartlarını oradan kağız formatında gətirdik. Türkiyənin baş nazirinin müavinin yanına getdim və  oradan cavab kartlarını götürüb İstanbula gətirdik.

Bu proseslərdə mən də iştirak etmişəm.  Demirəm ki, test üsulunu mən gətirmişəm. Hamının orada böyük əməyi olub. Əlbəttə, Firudin müəllim nazir idi. O, prezidentlə daha sıx təmasda ola bilirdi.Ümumi olaraq , bu məsələ zamanın tələbi idi. Vurğun Əyyub çox səmimi insan idi və biz onunla  xeyli müddət bir yerdə işlədik. Sizə deyim ki,  bizim sonralar da Vurğunla   münasibətimiz   oldu. O, çox sadə insan, düzgün və təmiz insan idi”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}