Arif Hacılı ilə Ramiz Yunus QIRĞINA ÇIXDI - Tərəflər bir-birini "yalançı", "oğru" adlandırdı

Arif Hacılı ilə Ramiz Yunus QIRĞINA ÇIXDI - Tərəflər bir-birini "yalançı", "oğru" adlandırdı

 

ABŞ-da yaşayan azərbaycanlı politoloq, hüquq müdafiəçisi Arif Yunusun qardaşı Ramiz Yunus Müsavat partiyasının sədri Arif Hacılını istefaya çağırıb. 

Bu barədə Ramiz Yunus özünün feysbuk səhifəsində qeyd edib. 

Ramiz Yunusun fikirlərini təqdim edirik:

"Gəlin hər şeyi öz adı ilə adlandıraq: Almaniyadakı mühacirlərə saxta sənədlərin verilməsi ilə bağlı yaşanan qalmaqal bir daha Müsavat partiyasının imicinə zərbə vurdu və Alman federal polisi tərəfindən açılmış cinayət işində hallanan Avropada bu partiyanın AKM adı altında yaradılan mərkəzin təşəbbüskarı şəxsən indiki başkan Arif Hacılıdir. Bütün sivil dünyada, belə hallarda, partiyanı zərbədən uzaqlaşdırmaq üçün onun rəhbəri istefa verir və məhz buna görə hörmətli Arif bəy istefa mədəniyyətini göstərməyinizi və bu biabırçı vəziyyətin öhdəsindən gəlmək üçün növbədənkənar partiya qurultayını çağırmağa məsləhət görürəm".

Ramiz Yunusun bu çağırışına Arif Hacılı daha sərt cavab verib:

"Almaniya polisinin hansı sənədində Müsavat AKM sözü var? Müsavata qarşı bu böhtan, qarayaxma kampaniyasına nə zaman son verəcəksiniz? Siz Amerikaya mühacirət ərəfəsində (qısa müddət qalmış) partiyaya daxil olmusuz. Mühacirət edəcəyinizi gizlətmisiz. Sizi partiyaya qəbul edənləri aldatmısımız. İndi əməllərinizə görə sizi partiyaya üzv edənlər məsuliyyətmi daşıyır?".

Arif Hacılının bu cavabından sonra tərəflər bir-birini "yalançı" adlandırıb.

Ramiz Yunus: "Arif bəy, sizə yaraşmaz belə ağ yalanlar. İsa bəyin qolu ilə Müsavatın rəsmi arayışını çap eləsəm ki, 1992-ci ildən mən Müsavat partiyasının üzvüyəm və ilk gündən partiyanın bərpasında iştirak etmişəm, onda nə deyəcəksiniz? Mən Nazirlər Kabinetində Niyazi İbrahimlə (Müsavatın o vaxtkı ilk baş katibi) partiyanın bərpa işləri ilə məşğul olanda siz Prezident Aparatında işləyirdiniz və yalnız hakimiyyətdən gedəndə partiya işlərinə qoşulduz. Ayibdir".


Arif Hacılı: "Ramiz Yunus, onu düz deyirsiz ki, yalan danışmaq sizə yaraşar. Mən partiyanın Bərpa Mərkəzinin üzvü olmuşam. İndi zaman dəyişib deyə belə danışırsız. O vaxt Müsavatın Bərpa Mərkəzinin həndəvərində fırlana bilməzdiniz. Bu nağılları sizi tanımayan gənclərə danışın. Partiyaya isə 2000-ci ildə, ABŞ-a getmək ərəfəsində qəbul olmusuz".


Ramiz Yunus: "Utanmırsınız? Partiyanın binasını, onun remontunu, onun bütün mebeli, telefonlarını və başqa problemlərini kim şəxsən həll edib? Siz, yoxsa Ramiz Yunus?Davam edim, yoxsa bəs edər? Hər şeyi danışım, yoxsa ...?".


Arif Hacılı: "Partiyanın binasını prezident Elçibəy verib İsa bəyin təkidi və mənim xahişimlə.
Partiya remont olunmamışdı. Mebeli yox idi. Telefonlarla nə oyun qurulmuşdusa, 12 min dollar telefon borcumuz olduğu üçün telefonlardan ümumiyyətlə, məhrum olduq. İndi də bu qadağa altındayıq. Katel işlədirik. Haradansa oğurlanıb gətirilib Müsavatın dəhlizinə salınmış köhnə xalçalara görə isə bizi az qala tuturdular. Dedim axı, nağılları bu işlərdən xəbərsiz olan gənclərə danışın".


Ramiz Yunus: "Növbəti ağ yalan! İsa bəyin tapşırığı ilə binanı şəxsən mən və Bakı şəhərinin o vaxtkı meri rəhmətlik Rauf Gülməmmədov seçmişik. Çünki bir neçə variant var idi. Mən şəxsən Rauf bəylə şəhəri gəzmişik və bina axtarırdıq. Binada remont olunub. Binaya mən şəxsən mebel göndərdim. Binaya 20 yeni telefon xətti çəkilib və bir neçə il pullarını şəxsən ödəyirdim. 1992-93-cü illərdə nə borc var idi, nə başqa məsələ. Bütün mərtəbələrin kooridorlarında, köhnə yox, yeni xalçalar salınıb. Kimi aldatmaq istəyirsiniz? Oğurluq olsaydı, Heydər Əliyev hakimiyyəti bu məsələni gözdən qaçırtmazdır. Hər şey sənədlər əsasında olub. 2 ay Heydər Əliyevin tapşırığı ilə Nazirlər Kabinetin və Milli Məclisin İşlər idarələri yoxlanılıb və heç bir qanun pozuntusu tapmadılar. Çünki pullar büdcədən deyildi, mənim şəxsi cibimdən idi. Niyazi İbrahimli prezidentin mətbuat katibi vəzifəsindən istefa verəndə hər gün mənim kabinetimə gəlib bütün partiyanın təhcizat məsələrini həll edirdik. Siz o zaman harda idiniz?Niyə biz sizi görməmişik? Bərpa mərkəzinin çox üzvü var idi, lakin bütün təşkilatı işləri mən şəxsən həll edirdim! Sizin o məsələrə heç bir aidiyətiniz yoxdur. Özünüzü bu iftiralarla daha da hörmətdən salırsınız. Axı məni niyə məcbur edirsiniz... Axı mən çox şey danışa bilərəm... Bunu istəyirsiniz? Ayıb deyilmi, Arif bəy? Belə söhbətlər müsavatcıya yaraşmaz... Hələ ki, gec deyil, istefa verin"./demokrat.az/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}