“Tunelin sonundakı işığı gözləmək kimi bir şansımız yoxdur” MÖVLÜD ÇAVUŞOĞLUNUN ABŞ MEDİASINDA MƏQALƏSİ DƏRC OLUNDU

“Tunelin sonundakı işığı gözləmək kimi bir şansımız yoxdur”

 

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun "The Washington Times” qəzetində "Bu gün Etdiklərimiz Sabahı Müəyyənləşdirəcək” sərlövhəli məqaləsi dərc olunub.Sozcu.info həmin məqaləni olduğu kimi təqdim edir:

"Hər dağıdıcı hadisədən sonra dünyanın bundan sonra heç vaxt əvvəlki kimi olmayacağını düşünməyə meylliyik. Düzdür, bu dəfə dünya müəyyən mənada dəyişməlidir. Dünya tarixi, demək olar ki, hər biri belə ağrılı mərhələlərlə doludur. İllər boyu qlobal bir epidemiyanın bu qədər dağıdıcı ola biləcəyi barədə xəbərdarlıq edilirdik. Bəşəriyyətin şiddətli müharibələr, böhranlar, yerli kövrəkliklər, çökmüş dövlətlər və insani əzablar içində yaşayan kəsimi bundan daha pis vəziyyət olmayacağını düşündüyü üçün anlayışla qarşılana bilər. Dinc və firavan bölgələrdə yaşayanlar isə heç bir şeyin onlara zərər verə bilməyəcəyini və şanslı olmalarının alın yazısı olduğunu düşünə bilərlər. Ancaq qlobal epidemiya nədirsə odur; heç bir cəmiyyət, heç bir fərd ölümcül bir virusun ona çata bilməyəcəyinə ümid edə bilməz.

Bu səbəblə özümüzü başqalarından, ictimai qarlılıqlı əlaqələrin nemətlərindən uzaqlaşdırarıq.

Epidemiya Antarktida istisna olmaqla bütün qitələrə çatıb, yoluxma faktlarının sayı sürətlə artaraq bir milyona yaxınlaşır və bu həddi keçəcəyi aydındır; bəşəriyyətin üçdə birindən çoxunun evdə qalması barədə xəbərdarlıq edilir və halhazırda sarsıdıcı rəqəmlərlə itirdiyimiz həyatlara təəssüf ki, bir çox yeni itkilərin əlavə ediləcəyi görünür. Epidemiyanın iqtisadi nəticələri də qorxuducu olacaq və uzun müddətə yayıla biləcək. Epidemiyanın dövlətlərin mövcud zəifliklərinə, siyasətə və təhlükəsizliyə təsiri dünyanın dörd bir yanında hökumətlərə mütləq meydan oxuyacaq. Tunelin sonundakı işığı hələ görməmişik və gözləmək kimi bir şansımız yoxdur. Bu vaxt, düşünmək üçün olduğu qədər, liderlik etmək və hərəkət etmək vaxtıdır.

Qlobal sistem bəşəriyyət COVID-19 zərbəsinə məruz qalmazdan əvvəl də darmadağın idi. Məsələn Türkiyə sistemin islahata tabe tutulması lazım olduğunu bildirirdi. Bu səyimizi BMT Təhlükəsizlik Şurasının günümüzün reallıqlarıyla bağını itirmiş formalaşmasına istinadən "dünya beşdən böyükdür gündəliyi olaraq xarakterizə etdik, ancaq bununla da məhdudlaşmadıq. Yaxın ətrafımızdakı bitməyən münaqişələrleə və insani iztirablarla mübarizə aparmalı olan və dünyada ən çox qaçqına ev sahibliyi edən bir ölkə olaraq sistemin işləmədiyini bilirdik.

2008-ci ildə dünya iqtisadi qlobal epidemiya ilə sarsıldığı zaman G20 ölkələri səndələyən dünya iqtisadiyyatına bir istiqamət hissi və sabitlik təmin edə bilmişdi. Sistem o vaxt işləyirdi. Böyük bir ölçüdə nisbətən yeni qlobal aktyor sayəsində. Bu dəfə də iqtisadiyyat üzerində bənzər böyük bir təsirə hazır olmalı və hətta bir tərəfdən lazımlı dəyişiklikləri edərkən, digər tərəfdən sistemin işləməsini təmin etməliyik.

Birinci prioritet insanların sağlamlığını COVID-19-dan qorumaqdır. G20 liderlərinin bu qlobal epidemiyaya qarşı mübarizədə həmrəy olmağa və qlobal iqtisadiyyatı qorumaqla ticarəti məhdudlaşdırmadan öhdəliyinə götürdüyüne dair vaxtında verdiyi G20 bəyanatını dəstəkləyirik. G20-nin razılaşdırdığı vacib tədbirlərdən biri də "SWAP” sazişlərinin genişləndirilməsidir. Həmçinin Təcrübeli Məmurlar Koordinasiya Qrupu yaratmaq təklifimizin G20 tərəfindən qəbul edilmesindən də məmnunuq. Çünki sərhədlərin idarə olunması və vətəndaşların ölkələrinə qayıtması kimi məsələlərdə sıx əlaqə quraraq hərəkət etməliyik. Kanadaya həyata keçirəcəyi üsullar barədə ilkin düşüncələrini açıqladığı üçün təşəkkür edirəm. G20 qlobal böhranın idarə olunmasında düzgün format olduğunu bir daha sübut edir.

Türkiyə daxil olmaqla bir çox ölkə də güclü tədbirlər alır. Ancaq fərdi səylər kifayət etməyəcək. Qlobal bir sınaq; başda ictimai sağlamlıq olmaqla, ardından iqtisadiyyat baxımından qlobal müdaxiləni tələb edir. Bu müdaxilə prosesində də uzun müddətdə beynəlxalq qurumlar və ölkələrin bu qurumlara verdiyi dəstək yenidən formalaşdırılmalı olacaq. Müvafiq beynəlxalq təşkilatlar maliyyə və tibbi avadanlıq dəstəyində fəal rol oynamalıdırlar. Həssas icmaların, nizamsız miqrantların və qaçqınların və bu icmalara ev sahibliyi edən ölkələrin qorunması indi daha da vacibdir. Qlobal təchizat şəbəkələri və yük daşımaları maneəsiz fəaliyyət göstərməlidir. Etinasız şəkildə istifadə olunan siyasi alətə çevrilən sanksiyalar humanitar baxımdan qiymətləndirilməlidir. İrana tətbiq edilən sanksiyalar da daxil olmaqla bu sanksiyalar yalnız iranlılara deyil, qonşularına da zərər verir. Bu qlobal epidemiya zamanı risk daha da artır. Afrika ölkələri başda olmaqla ən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arxada qoyulmamalıdır.

Hamımızı narahat edən və qlobal bir reaksiyaya böyük ehtiyac duyulan digər bir məsələ insanlara, ekosistemə, iqtisadiyyata və vicdanımıza ağır bədəllər ödətdirən qarşıdurmalara son qoymaqdır. Buna görə də beynəlxalq ictimaiyyəti, o cümlədən Yaxın Şərqi münaqişələri aradan qaldırmağa, qarşıdurmalara son qoymağa və ciddi şəkildə dialoq və uzlaşma yolu tapmağa çağırırıq. Məlumdur ki, hər kəs əziyyət çəkir və dünyamızın sağlamlığı uğrunda mübarizə apardığı bir dövrdə geosiyasi rəqabət və siyasi mübahisələrin heç bir mənası yoxdur. Hamımız dünya miqyasında dəstək olmaq üçün bir az vaxt ayırsaq, bu çağırış cavabsız qalmaz.

Bugünkü liderlər nəsli qlobal epidemiya ilə əlaqədar bu gün qəbul etdiyi qərarlarla əsasən dünya nizamının gələcəyini müəyyənləşdirir. Bu gün əkdiyimiz toxumlar qısa müddətdə aydın faktlar olaraq qarşımıza çıxacaq. Milliyyətindən, inancından və irqindən asılı olmayaraq insanların rifahına yönəlmiş, məqsədinə uyğun şəkildə çalışan beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən, qaydalara söykənən bir qlobal sistem, müqavimətli, hesabat verə bilən və funksional milli dövlətlər şəbəkəsi hər kəsə faydalı və kimsəni geridə buraxmayan iqtisadiyyatlar reallığına çata biləcək vəziyyətdə ola bilərik. Alternativ axtarışlar hamımız üçün həm mənasız, həm də zərərlidir. Üstəlik buna nail olmaq yolunu seçsək, bu qlobal epidemiyanın səbəb olduğu bütün əziyyətlərə baxmayaraq müsbət bir miras qoymasını təmin edə bilərik. Evdə qalın və təhlükəsizlikdə olun”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}