Dostoyevski aşiqi olan mütaliəçi – Müsahibə

 

Dostoyevski aşiqi olan mütaliəçi – Müsahibə

Sosial şəbəkələrdə xüsusilə də "Facebook”-da mütaliəçilər ordusu "Bakumoz” kitab mağazasının adına çox rast gəlib. Mənim ən çox müşaiətimi 2 xüsus cəlb edirdi. Biri müştərilərin adı çəkilən mağazadan razı və narazı qalması; digəri isə mağaza sahibinin gənc olmasına baxmayaraq, geniş mütaliəçi biri olması, xüsusəndə Dostoyevskinin fikir-düşüncələrini təbliğ etməsi. Bu gənç mütaliəçiylə üz-üzə söhbət etmək qərarına gəldim və yol aldım təyinat başına.

-Salam bəy

-Salam

-Ümidvaram ki, bəy deyə müraciət etməmə narazı olmazsınız?

-Xeyr əlbətdə ki, buyurun

-"Bakumoz” kitab mağazasının sahibi Nürəddin Məmmədli kimdi? və neçə oldu kitab taciri oldu?

1992-ci ildə Şamaxıda dünyaya gəlmiş, orta məktəbidə orda bitirmişəm. Sonra Dövlət İqtisad Universitetinə daxil olmuşam. 4-cü kursda təhsilimi davam etdirən zaman Bakumoz mağazasının təsisçisi Fərid Kərimovla tanış oldum, o, mənə iş təklif etdi, bununlada əməkdaşlığımız başladı. Sonralar Fərid müəllim yorularaq işi tərk etmək qərarına gəlir və mən Bakumozu təhvil alaraq fəaliyyəti davam etdirdim.

İqtisadçı ixtisası üzrə oxuyan Nürəddin bəy niyə öz ixtisasından kənar peşə ilə məşğul olur?

Deməzdim ki, öz ixtisasımdan kənar işdi, çünki kitab bazarıda iqtisadiyyatın bir hissəsidi.

Kitab taciri kimi fəaliyyət göstərmək sizin ehtiyaclarınızı qarşılayırmı?

Bəli gündəlik ehtiyaclarımı qarşılayıram, hətta işimidə sevirəm. Düşünürəm ki, hamı öz sevdiyi işlə məşğul olmalıdı

-Adınızın "Bakumoz” olması nə anlama gəlir?

-Elə bir xüsusi anlamı yoxdur, sadəcə təsisçimiz Fərid Kərimov bu adı seçəndə mozilla internet resursunun götürülmüş "moz” sözünü Bakı şəhərinin sonuna əlavə etmişdi. Məndə sonralar adın saxlanılmasına qərar verdim.

-Belə başa düşürəm ki, siz  "Bakumozu” məhdud çevrəli kitab mağazası kimi yox, gələcəkdə həm Azərbaycanda, həmdə xaricdə brend bir kitab mağazası kimi tanıtmaq və şaxələndirməyi planlaşdırırsınız?

-Təbii ki, bu hər bir normal kitabçının arzusudu. Düşünürəm ki, gələcəkdə bu arzumu həyata keçirəcəm.

-Mağazanıza daxil olanda daha çox türk dilində kitablarınız diqqətimi çəkdi. Siz görünür daha çox türkcə kitabların sifarişi və satışı ilə məşğulsunuz?

-Bəli biz əsasən türkcə kitablar gətirməklə ad çıxarmışıq, amma bu o demək deyil ki, öz nəşriyatlarımızın kitablarını satmırıq. Sadəcə oxucuların çoxu bizdən daha çox türk dilli kitablar sifariş etdiklərindən Türkiyə nəşriyyatlarının kitabları çoxluq təşkil edir. Amma kifayət qədər öz dilimizdə kitablar istəyənlərdə var.

-Türkiyədəki kitab qiymətlərindən biraz danışardız zəhmət olmasa, çünki Türk lirəsinin məzənnəsinin aşağı düşməsinə baxmayaraq oxucular içərisində qiymətdən narazı olanlar var. Bu narazılıq karqo xidməti və gömrük tariflərindən qaynaqlanırmı?

-Lirənin məzənnəsi aşağı düşsədə karqo haqqı ilə gömrük rüsumlarının artması onu əvəz elədi. Ümid edirik ki, gələckdə karqo ilə gömrük tarifləri də dəyişəcək. Çünki demək olar hər kitaba 1-2.5 manat məbləğində karqo pulu veririk(gömrük rüsumunu nəzərə almasaq). Lakin buna baxmayaraq, özümüzdə ziyana getməmək şərtilə çalışırıq ki, kitabları maksimum ucuz qiymətə müştərilərimizə satırıq. Digər mağazalardan fərqli olaraq kitabların üzərinə 5-6 manat yox, 1-2 manat qazanc götürürük.

-Bəs mallarınızın gömrük məntəqələrində günlərlə, həftələrlə yubadılması halları müşaiyət olunubmu?

-Bəli çox olub

-Siz Türkiyənin hansı nəşriyat evləriylə əməkdaşlıq edirsiniz?

-Dərslik kitabları nəşriyyatı ilə məşğul olanlardan başqa bütün nəşriyyatlarla əməkdaşlıq edirik.

-Türkiyədəki kitab nəşrlərinin dizaynları bizim kitablarla müqayisədə daha keyfiyyətlidi. Bəs kitabların içi necə o da dizaynı kimi tərifə layiqdimi?

-Əlbəttə! Bizim tərcümələrlə türkiyəlilərin tərcümələri arasında gecə ilə gündüz qədər fəqr var. Bunun bir çox səbəbi var, başlıca səbəbi odur ki, redaktorların 99% -in dilimizi lazımınca bilməməsidi. Məsələ bizim tərcümələrdə həddindən çox rus sözləri istifadə edilir. Digər səbəb isə türklər hər hansı bir yazıçının kitabını orijinal dildən tərcümə etdikləri halda, bizlər tərcümə olunmuş kitablardan  tərcümə edirik.

-O zaman son 10 ilin müasir yazıçıları olan Sara Jio, Dan Broun, Co Nesbo  və digərlərinin əsərlərini bizim dildə yox türk dilində oxumağı tövsiyə edirsiz?

-Bilirsiz bu adlarını çəkdiyiniz yazıçılar müasir olsalarda, bizim oxucu kütləsi onları hələ indi-indi tanıyır. Əgər Türkiyədə 1 ay ərzində 1000 və daha çox xarici ədəbiyyat tərcümə olunursa, bizdə bu göstərici 1-2 – ni keçməz. Təbii ki, tərcümələrimizdə yuxarıda qeyd elədiyim kimi bərbatdı. Ona görə əhalinin əksəriyyətini nəzərə alsaq, ən optimal seçim türk dilidi. Təbii ki, rus dilli oxucular bu kitabları onsuz da tapıb oxuyacaqlar.

-Azərbaycanda özünü "kitab fədaisi”, "kitab sevər”, "qiraətçilərin dostu” kimi təqdim edib, əslində isə istismarçı alverçilər olan şəxslər çoxdu. O tip insanlar dəfələrlə sizi "avantürist” "populist”, şöhrətpərəst, "rola girən”  kimi təqdim edərək həm sizi həm də fəaliyyətinizə kölgə salmaq istəyiblər bu nədən qaynaqlanır?

-Təbii ki, belə hallar olub, indidə var (gülür). Bir müdrik belə demişdi: "əgər arxanca danışırlarsa deməli sən öndəsən".  Bu cür təqdim etmələr məni çox sevindirir, ən azından ona görə ki, çoxları həqiqətən məni axtarıb tanımağa başlayır, sonra da bəlli olur ki, mən tamamilə başqa biriyəm. Digər bir səbəbdə odur ki, iqtisadi mənfətlərini güdən "kitab fədailərindən” fərqli olaraq mən alverçidən çox oxucu olmağa çalışmışam. Mümkün qədər çox insanları kitaba dəvət etməyə çalışmış, arzularımdan biridə o olub ki, Azərbaycan da oxucular kütləsi çoxalsın. Hətta bugün belə boş vaxtlarımda daha çox oxucularla birgə kitab oxuyur,  müzakirələr aparır və bundan sonra da maraqlı fikir mübadiləsi aparacağam.

-"Bakumozun” oxucular ordusu sizi daha çox Dostoyevski aşiqi kimi də tədqim edirlər. Bu nə dərəcədə doğrudu?

-Dostoyevski ən sevimli yazıçımdı. Onu kitabları mənə xüsusi təsir gücünə malikdi, həm zövq verir, həm də sanki kitab oxumur, yaxın bir insanla söhbət edirəm. Hər dəfə onu oxuyanda  o, mənə öz dövründə baş verən real hadisələri detallı şəkildə izah edir. Bu onu mənim gözümdə digər yazıçılarla müqayisədə daha üstün edir. Hətta vaxtilə mən onun "Yoxsul adamlar” və "Yeraltından qeydlər” romanlarını latın əlifbası ilə ilk dəfə  mövcud olan "Bakumoz" nəşriyyatında nəşr etdirdik. Sonralar "Qanun” nəşriyyatı "Yoxsul adamları” təkrar nəşr etdirdi.

-Dostoyevskinin əsərlərində psixoloji motivlər üstünlük təşkil edir, eyni zamanda onun qəhrəmanlarının demək olar ki, hamısı faciəvi prototiplərdi. Siz özünüzü bu faciəvi prototiplərin timsalında görürsünüzmü?

Yox görmürəm, çünki nəyisə faciəyə çevirən biri deyiləm. Əksinə ən çətin anlarımda belə müsbət bir sonluğa ümid bəsləyən biriyəm. Haqlısınız Dostoyevskinin əsərlərinin qəhramanları faciəvi prototiplərdi, psixoloji motivlərdən çoxdu. Lakin onun romanlarını sonunda sanki həyata tutunma, həyat sevgisi də var, yəni finalı tam faciə adlandırmazdım.

-Son zamanlar hər yerindən qalxıb cızma-qara edənlər ordusu peyda olaraq, özlərini yazıçı adlandırırlar. Amma  yazdıqlarına baxanda görürsən ki, ərgən, feysbuk statuslarından başqa bir şey deyil. Bəziləri isə özünü peşəkar psixoloq adlandıraraq, motivasiya və psixoloji romanlar yazmaqla özlərini təqdim edirlər. -Necə düşünürsüz o tip insanların kitabları ilə müqayisədə Dostoyevskinin psixoloji romanları oxuculara daha faydalı olmazmı?

-Bilirsiniz Dostoyevskiyə neytral mövqe tutan insanlar demək olar ki, yoxdu. Ya çox xoşuma gəlir, ya da xoşum gəlmir-deyənlər var. Dostoyevski Ziqmund Freyd kimi elmi əsərlər yazaraq, və ya psixoanaliz vasitəsilə nələrsə yazmayıb. O, yaşayaraq psixoloji anlardan yazıb. Hətta dünyanın bir çox tanınmış şəxsiyyətlərindən olan Ziqmund Freyd, Fridrix Nitşe, Alber Kamyü və digərləri Dostoyevskidən bəhrələniblər. Z.Freyd özü belə etiraf edib ki, mən psixologiyanı Dostayevskidən örgəndim.

-Ölkəmizdə primitiv, ərgən avantürist, populist "qələm” sahibləriylə yanaşı oxucularında böyük bir hissəsində primitivlik, kasadlıq, hətta analiz etmə bacarığına malik olmayan kütbeyinlərində az olmadığı faktdır. Bunun nəticəsidir ki, Freyd, Adler, Yunq, Pavlov, Fromm kimi psixoloqların elmi əsərləri əvəzinə Rövşən Abdullaoğlu kimi özünü "peşəkar psixoloq” kimi qələmə verən birinin kitabları oxunur. Həmçinin C.London, Tolstoy, Drayzer, Dostoyevski, Remark kimi şedevrlər yaratmış nəhənglərin əsərləri arxa plana atılaraq, əvəzinə isə primitiv, ərgən "yazarların” kitablarının oxunması ön plana keçmişdir. Siz bununla razısınızmı?

-Dediklərinizin çoxu ilə razıyam, hətta nümunə olaraq onu deyə bilərəm ki, vaxtiylə mən Dostoyevskinin  "Yoxsul adamlar” və "Yeraltından qeydlər”romanlarını 300 nüsxə nəşr etdirəndə, onlar 2-3 aya satılıb qurtardığı halda, R.Abdullaoğlunun son kitabı olan "Abaddon” bir gün içərisində 1000 nüsxəsi satılaraq tükəndi. Amma oxucuların əksəriyyətini  kütbeyin adlandırsam bir qədər önyarqılılıq etmiş olaram. Ola bilər ki, onlar adlarını çəkdiyiniz yazıçıları tanımır, və ya R.Abdullaoğlunu çox sevirlər.

-Hər halda gəlin bir faktı etiraf edək ki, adlarını çəkdiyim dünyada iz qoyan alim-yazıçılarla R.Abdullaoğlu və onun kimil "yazıçıları” onlardan üstün tutan "oxucuların” AYQ səviyələrinə şübhə ilə yanaşılmalı deyilmi?

-Təbii ki, sizinlə razıyam, haqq verirəm. Amma bunu yalnız kitablarla müqayisələndirməyək, elə televiziyalarımıza baxsaq və ordakı verlişləri izləsək, xalqımızın böyük bir hissəsinin hansı təfəkkürə sahib olmaları və maraq dairələrinin nələr olduğunu çox gözəl görə bilərik. Hər halda onların izləyici olmasayadı, o verlişlər hər gün davam etməzdi.

Tamamilə haqlısız və bunu vurğulamanıza görə sizə dərin minnətdarlığımı bildirirəm

Çox sağolun

-"Bakumoz” mağazasının bir faciəvi tarixidə var və bu tez-tez təkrarlanır. Söhbət sizin tez-tez məkan dəyişmənizdən gedir. Bu yerdəyişmələr hansı zərurətdən baş verir?

(Gülür). Belə bir problemlərimiz tez-tez olub, hal-hazırdakı yerimiz 6-cı məkanımızdı. Bu yerdəyişmələrin 3-də yer sahibləri çıxmağımızı tələb etdi, digərlərində isə məkanların əlverişli olmaması ilə bağlı idi.

-Bəs bu yerdəyişmələr oxucularınızı narazı salmır?

-Əlbətdə salır, amma şükürlər olsun ki, indiki yerimiz, yəni Nizami metrosunun yaxınlığı bizim üçündə, oxucularımız üçündə əlverişlidi.

-Kitab rəflərinizdə dini kitablar gözə dəymir. Nəzərə alsaq ki, ölkə əhalisinin böyük bir hissəsi inanclıdı. Hətta dindar olmayan insanlar belə son zamanlar dini ədəbiyyatlara müraciətləri artıb. Tövrat, İncil, Qurani-Kərim, İslam hüququ, dinlər tarixi və dini fəlsəfəsi kitablar satmağa sizə nə mane olur?

Bəli dini kitablar bizdə yoxdu. Buna səbəb odur ki, qeyd elədiyiniz kitabları satmaq üçün Dini komitənin lisenziyası olmalıdı. Bizdə də bu lisenziya olmadığından satmırıq.

-"Bakumoz" kitab mağazasının sahibi Nürəddin Məmmədlidən oxucular ordusu gələcəkdə yazıçı kimi də faydalana bilərmi?

(gülür) Mən yazmaqdan çox mütaliyəni sevirəm, amma bir-iki cızma-qaralarım var. Nə vaxtsa bəlkə ortaya bir şey qoyduq, amma bu gün daha çox mütaliəmə vaxt ayırmağı üstün tuturam.

-Sonda Nürəddin Məmmədli oxucular ordusuna nə demək istəyərdi?

-Kitabları oxuyun. Bir çox həyatlarıda örgənin və yaxşı həyat yaşamağa çalışın

-Müsahibə verməyə razılıq bildirdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm.

Buyurun xoş oldu. Mən də sizə təşəkkür edirəm

 

Söhbətləşdi: Abdulla İsmayıloğlu

"Yeni Sözçü" qəzeti


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}