Müxalifət Gürcüstanda nəşəni tam sərbəstləşdirdi

Müxalifət Gürcüstanda nəşəni tam sərbəstləşdirdi

 

Gürcüstan Konstitusiya Məhkəməsi müxalif "Yeni Siyasi Mərkəz-Qirçi” partiyasının təmsilçiləri, deputatlar Zurab Çaparidze və Vaxtanq Meqrelişvilinin ölkə parlamentinə qarşı qaldırdığı iddianı təsdiq edərək, həkim resepti olmadan çətənə (nəşə) qəbuluna görə tətbiq olunan inzibati cəzanı, 500 lari (təxminən 200 dollar) cəriməni ləğv edib. Gürcüstan Konstitusiya Məhkəməsi qərarını belə əsaslandırıb ki, çətənə (nəşə) istifadəsi şəx
siyytin azad inkişafını təmin edən qanunun təsir daisrəsinə aiddir. Gürcüstan Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, çətənə (nəşə) qəbulu başqa bir şəxsə zərər verəcək şəraitdə istifadə edilsə, cəzalandırılacaq. Eyni zamanda çətənə becərənlər və yayanlar da cəzalandırılacaq. Çətənin istifadəsinə icazə verilən bütün ölkələrdə bu bitginin xüsusi və rəsmi satış yerləri müəyyən edilib. 
Gürcüstan Konstitusiya Məhkəməsinin istinad etdiyi Şəxsiyyətin inkişafını nəzərdə tutan qanun hər bir insanın başqasına zərər vermədən, cəmiyyətə təhlükə yaratmadan istədiyini etməyi nəzərdə tutur. 
Gürcüstan Konstitusiya Məhkəməsinin çətənə (nəşə) qəbulunu tam sərbəstləşdirməsini nəzərdə tutan qərarı və həm də bu qərarı müxalifət partiyasının təmsilçilərinin iddiası əsasında qəbul etməsi Tbilisinin Avropa hüquq məkanına intiqrasiya istqamətində daha bir addım hesab olunur. 
Gürcüstan polisinin bu ilin may ayında Tbilisinin gecə klublarında narkotikə qarşı keçirdikləri reydlər cəmiyyətdə ciddi narazılağa səbəb olmuş və sonra hökümət geri addım atmışdı. İndi isə müxalifət partiyasının deputatlarının iddiaları əsasında nəşə istifadəsi tam sərbəstləşdirdi. 
Azərbaycanda isə minlərlə gənc məhz nəşə çəkdiklərinə görə ömürlərinin bir neçə ilini həbsxanalarında keçirlər. Həmin gənclərin çox cüzi bir hissəsi həbsxanadan çıxdıqdan sonra normal həyata qayıda və cəmiyyətə intqrasiya edə bilir. Əksəriyyəti isə normal həyata dönə bilməyərək cinayətkar aləmin ağuşuna yuvarlanırlar. Buna görə Gürcüstanın nümunəsini öyrənmək faydalı ola bilər.
Xəqani Cəgərli


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}